• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Dünyanın gənc alim və tədqiqatçıları Bakıya toplaşacaq

Dünyanın gənc alim və tədqiqatçıları Bakıya toplaşacaq
04.04.2014 16:00
26-31 may tarixlərində dünyanın gənc alim və tədqiqatçıları Bakıya toplaşacaq. Hələlik isə Dünya Gənc Alimlərinin Bakı Forumuna hazırlıq işləri davam edir. Təşkilat Komitəsindən qeyd edilib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə nümayəndə heyəti –  İlqar Orucov,  Samir Kazımov və Ruslan Rəhimli mart ayında Macarıstanın paytaxtı Budapeşt şəhərində səfərdə olublar. Səfər çərçivəsində Avropa Gənc Alim və Tədqiqatçılar Şurasının (EURODOC) illik toplantısında iştirak edilib, eyni zamanda Bakı Forumuna hazırlıq işləri çərçivəsində bir sıra görüşlər, təqdimatlar keçirilib. Macarıstan Elmlər Akademiyası və Avropa Gənclər Mərkəzində keçirilmiş görüşlərdə AGAAMC-nin sədri İlqar Orucov və İdarə Heyətinin üzvü Ruslan Rəhimli Dünya Gənc Alimlərinin Bakı Forumunun məqsədi, qarşıya qoyulan vəzifələr haqqında gənc alim və tədqiqatçılara geniş məlumatlar veriblər. Qeyd olunub ki, Bakı Forumu gənc alim və tədqiqatçıları bir ayara gətirəcək dünya əhəmiyyətli bir tədbir olmaqla böyük əhəmiyyətə malikdir.  Dünyanın yüzdən artıq ölkəsindən 500 alim və tədqiqatçının iştirak edəcəyi tədbir gənc alim və tədqiqatçıların qarşılıqlı elmi müzakirələri, əməkdaşlığı üçün əlverişli imkanlar yaradacaq. Eyni zamanda dünya və azərbaycanlı gənc alimlər birgə elmi tədqiqatlar aparmaq üçün şanslar qazanacaqlar, elmdə inteqrasiya prosesləri daha da genişlənəcək. Avropa Gənclər Mərkəzində (Budapeşt) keçirilən tədbirdə "Eurodoc"un prezidenti Slobodan Radiçev Bakı Forumunun veb-səhifəsinin(www.bakuworldscienceforum.com)  təqdimatını keçirdi. Avropanın 35 ölkəsinin gənc alim və tədqiqatçıları iştirak etdiyi təqdimat mərasimində Radiçev Bakı Forumuna hazırlıqlarla bağlı öz təklif və tövsiyələrini verdi.//İctnews.az 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Cəmiyyət 21:07
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Cəmiyyət 20:24
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Şamaxıda zəlzələ olub
Cəmiyyət 19:13
Şamaxıda zəlzələ olub
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 17:47
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 17:30
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Ötən gün itkin düşmüş 5 nəfər tapılıb
Cəmiyyət 17:23
Ötən gün itkin düşmüş 5 nəfər tapılıb
Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib
Cəmiyyət 17:09
Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:50
Külək güclənəcək - XƏBƏRDARLIQ
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 14:52
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol