Azərbaycan 2023-cü ildə 24 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır

Azərbaycan 2023-cü ildə 24 milyard kubmetr ixrac etməyi planlaşdırır, bu həcmin yarısı Avropa bazarının payına düşür. Bunu çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.
"2021-ci ildə biz Avropaya 8 milyard kubmetrdən bir qədər çox qaz tədarük etmişiksə, bu il təxminən 12 milyard kubmetr olacaq. Ümumilikdə isə bu il ixracımızın 24 milyard kubmetr səviyyəsində olacağı gözlənilir. Ona görə də , biz artıq qaz bazarında, o cümlədən Avropa bazarında ciddi oyunçuya çevrilirik”, - Əliyev bildirib.
www.anews.az

Prezident Azərbaycan qazının Avropaya nəql olunduğu Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi planlarını da açıqlayıb.
"Biz artıq tərəfdaşlarla məsləhətləşmələr prosesindəyik. TANAP layihəsinə gəlincə, burada hərəkət etmək daha asandır, çünki biz bu layihənin əsas iştirakçıları, səhmdarlarıyıq və əsas maliyyə yükü bizim üzərimizdə olacaq”, - dövlət başçısı əlavə edib.
Əliyevin sözlərinə görə, Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir.
"Qaz ehtiyatları, eləcə də qaz nəqli infrastrukturunun mövcudluğu nəzərə alınmaqla, Azərbaycan və Avropa İttifaqı tədarükün artırılmasına yönəlib. Lakin bu, təbii ki, bizim həyata keçirdiyimiz istehsala, əslində, investisiyalar tələb edir və bunun üçün mövcud qaz kəmərlərini genişləndirmək lazımdır”, - o bildirib.
Gülnar Nazimqızı
www.anews.az