Azərbaycanda 4 layihəyəyə 20.5 milyon manat vəsait ayrılacaq

Azərbaycanda 4 layihəyəyə 20.5 milyon manat vəsait ayrılacaq. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"2022-ci ildə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) tərəfindən qida emalı, quşçuluq, alternativ enerji, logistika, əczaçılıq və mədən sahələrində 5 layihəyə 10 milyon manat sərmayə yatırılıb, daha 4 layihə üzrə qarşıdakı dövrdə 20,5 milyon manat investisiyanın yatırılması qərara alınıb", - nazir öz sosial media hesabında yazıb.
Cabbarov bildirib ki, qeyri-neft sektorunda kapital investisiyalarının təşviqində İŞ-in xüsusi rolu var.

Gülnar Nazimqızı
www.anews.az