• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

F1 Azərbaycan Qran-Prisi üçün biletlər ən çox bu ölkələrdən alınıb

F1 Azərbaycan Qran-Prisi üçün biletlər ən çox bu ölkələrdən alınıb
11.01.2023 21:30
2023-cü il Formula 1 Azərbaycan Qran-Prisi üçün biletləri hazırda 60-a yaxın fərqli ölkədən olan azarkeşlər əldə edir.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Qeyd edilib ki, ilk üçlükdə Niderland, Böyük Britaniya və Türkiyə yer alır. Bilet sahibləri arasında Niderland, Böyük Britaniya, Türkiyə, Qazaxıstan, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika kimi ölkələrin azarkeşləri üstünlük təşkil edir.

Biletlər dekabrın 15-dən satışdadır və bilet satışı yarışa qədər davam edəcək. Bildirilib ki, bu erkən (early bird) bilet satışıdır və hal-hazırda biletlər 20 faizlik endirimlə təklif olunur. Azarkeşlər bu endirim fürsətindən yalnız 15 yanvar tarixinədək faydalana biləcəklər.

Ənənəvi "early bird” kampaniyası dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün 110 manatdan 480 manatadək dəyişir.

2023-cü il Formula 1 Azərbaycan Qran Prisi 28–30 aprel tarixlərində keçiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
İdman 00:15
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
İdman 23:57
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol