İtaliya prezidenti İrandakı etirazçılara qarşı repressiyaları pisləyib
İtaliya prezidenti İranda etirazların yatırılmasını kəskin şəkildə pisləyib, bunu İranın yeni səfirinin etimadnamələrinin qəbulu mərasimində çıxışı zamanı deyib.
Prezident Sercio Mattarella Məhəmmədrza Səburi ilə görüşdə İran hökumətinin etirazçıları susdurmaq və onlara qarşı ölüm hökmləri çıxarmaq hərəkətlərini barbarlıq adlandırıb.
İtaliyanın "La Repubblica” qəzeti yazıb ki, Mattarella İtaliya prezidenti kimi İranın repressiv tədbirlərini pisləməklə yanaşı, həm də şəxsən bu repressiya və edamlardan çox qəzəbləndiyini bildirib.
Prezident Sercio Mattarella İranı nümayişçilərə qarşı repressiyalara son qoymağa çağırıb.
"İtaliya prezidenti nümayişçilərin repressiyaları ilə bağlı kəskin narahatlığını bildirərək, səfiri İran İslam Respublikasının hakimiyyət orqanlarının diqqətinə əhaliyə qarşı zorakılığın dərhal dayandırılması tələbini çatdırmağa çağırıb”,- məlumatda qeyd olunub.
Bundan əvvəl İran səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, orada da "İtaliyanın qəzəb və narahatlığı” ifadə edilib və ölüm hökmlərinin tətbiqinin dayandırılması barədə məlumat verilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər