• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Ərdoğan: “Azərbaycanla münasibətlər daha da gücləndiriləcək”

Ərdoğan: “Azərbaycanla münasibətlər daha da gücləndiriləcək”
04.04.2014 12:49

“Hörmətli Əliyevlə görüşümüzdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli ilə bağlı fikir mübadiləsi aparacağıq”

“Millətimiz seçkidə bizə yenidən etimad göstərdi. Bu, xarici siyasətimizə də bir dəstəkdir. Təkcə bizim partiyamız yox, bütün bölgə qazanıb, sülh qazanıb. Qardaş Azərbaycana səfərimizlə dostluq və qardaşlığa verdiyimiz önəmi bütün dünyaya bir daha göstərmiş olacağıq”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.   

 

R. T. Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərini, regional və beynəlxalq məsələləri müzakirə edəcəklərini söyləyib: “Türkiyə-Azərbaycan münasibətləri müstəsna və örnək alınacaq bir keyfiyyət qazanıb. Mükəmməl strateji əməkdaşlığımızla bərabər Cənubi Qafqazda uğurlu layihələrə də imza atırıq. Gürcüstanın da iştirakı ilə reallaşdırılan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars qlobal layihələrdir. Azərbaycan qazını Türkiyəyə və Avropaya daşıyacaq TANAP layihəsini həyata keçirmək və Bakı-Tiflis-Qars layihəsinin tez bir zamanda tamamlanması üçün işlər davam edir”.

 

Türkiyənin baş naziri Cənubi Qafqazda baş verən prosesləri yaxından izlədiklərini vurğulayıb: “Bölgədə sülhün əldə olunmasına fəal dəstək veririk. Hörmətli Əliyevlə görüşümüzdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli ilə bağlı fikir mübadiləsi aparacağıq. Xalqlarımız arasında tarixi yaxınlıqdan qaynaqlanan münasibətlər daha da gücləndiriləcək”.   

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Dünya 21:41
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Dünya 20:03
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Tehran və İrəvan arasında reyslər ləğv edilib
Dünya 19:38
Tehran və İrəvan arasında reyslər ləğv edilib
Израиль и ХАМАС готовятся к новой войне
Dünya 18:30
Израиль и ХАМАС готовятся к новой войне
İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb
Dünya 18:25
İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb
İzmirdə miqrantları daşıyan qayıq batıb: ölənlər var
Dünya 16:24
İzmirdə miqrantları daşıyan qayıq batıb: ölənlər var
İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürülüb
Dünya 14:36
İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürülüb
Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
Dünya 12:07
Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
İranda etirazlar davam edir
Dünya 10:15
İranda etirazlar davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol