• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

İlham Əliyev “AITF-2014” sərgisi ilə tanış oldu

İlham Əliyev “AITF-2014” sərgisi ilə tanış oldu
04.04.2014 12:42

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus 2014” VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri işə tanış olublar.

APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına bu il sərgidə 38 ölkədən 351 şirkət və təşkilatın təmsil olunduğu barədə məlumat verib. Sərgi iştirakçılarının 60 faizdən çoxunu xarici, 40 faizini isə yerli şirkətlər təşkil edir. Qeyd edilib ki, sərgidə iştirakçıların sayından əlavə digər bir rekord göstərici əvvəlki illərlə müqayisədə milli stendlərin çox olmasıdır. Sərgidə Azərbaycandan başqa öz ölkələrinin milli turizm agentlikləri və səfirliklərinin rəsmi dəstəyi ilə Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Rusiya, Tayland, Türkiyə, Fransa, Monteneqro və Çex Respublikasından 24 milli və regional qrup iştirak edir. Bundan əlavə, bu il sərgidə Litva, Xorvatiya, Rusiya və Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər və Rusiya Federasiyasının Stavropol diyarından, eləcə də digər ölkələrdən nümayəndə heyətləri də qatılıb. Qeyd edilib ki, “AITF-2014”də 80-dən çox turizm marşrutu nümayiş olunur. Bunların arasında Misir, Gürcüstan, Macarıstan, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand, Monteneqro və s. ölkələr xüsusi yer tutur. Eyni zamanda, bu sərgi turizm bazarında həm maraqlı istiqamətlərin, həm də yeniliklərin nümayişi ilə seçilir. Builki sərgidə birillik fasilədən sonra Hindistan, Yunanıstan və Malayziya milli stendləri də yenidən sərgidə iştirak edir. Sərginin debütantları arasında Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri də yer alıb. Diqqətə çatdırılıb ki, “AITF-2014” sərgisində tibbi turizm istiqamətini nümayiş etdirən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artırıb. Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər, özəl və dövlət klinikaları, eləcə də Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə və İsveçrənin diaqnostika mərkəzləri daxildir. Azərbaycan sanatoriyalarının nümayiş olunduğu pavilyonda Naftalan neftinin müalicəvi xassələri sərgiyə gələnlərin diqqətini daha çox cəlb edir. Bildirildi ki, Azərbaycan regionlarının milli pavilyon çərçivəsində irimiqyaslı iştirakı sərginin ən maraqlı və koloritli hadisəsindən biridir. Azərbaycan üzrə turizm paketinin müxtəlifliyi istənilən turizm proqramını zənginləşdirə bilər. Regional ekspozisiyada Qəbələ, Qax, Quba, İsmayıllı, Zaqatala, Lerik, Masallı, Mingəçevir, Xaçmaz, Şamaxı, Şəmkir, Şəki, Naxçıvan Muxtar Respublikası və Sumqayıt şəhəri təmsil olunur. Burada turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd və ekoloji turizm, salçılıq, dağ-xizək, dəniz kurortları və s. üçün imkanlar nümayiş etdirilir. Dövlət başçısı və xanımı sərginin pavilyonları ilə yaxından tanış olublar. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Siyasət 15:20
İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Azərbaycanın Meksikadakı səfiri etimadnaməsinin surətini XİN nümayəndəsinə təqdim edib
Siyasət 09:35
Azərbaycanın Meksikadakı səfiri etimadnaməsinin surətini XİN nümayəndəsinə təqdim edib
Müharibə əlilləri ilə bağlı qanuna dəyişiklik edildi- Prezident təsdiqlədi
Siyasət 16:01
Müharibə əlilləri ilə bağlı qanuna dəyişiklik edildi- Prezident təsdiqlədi
Dövətə xəyanətdə şübhəli bilinən şəxs saxlanılıb - Rəsmi
Siyasət 14:59
Dövətə xəyanətdə şübhəli bilinən şəxs saxlanılıb - Rəsmi
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Prezident Natiq Həsənovla bağlı sərəncam imzalayıb
Siyasət 19:37
Prezident Natiq Həsənovla bağlı sərəncam imzalayıb
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
Siyasət 12:56
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
Prezident Gülüstan Sarayında açılışda iştirak edib - Yenilənib
Siyasət 12:50
Prezident Gülüstan Sarayında açılışda iştirak edib - Yenilənib
Prezident onları təltif edib - Sərəncam
Siyasət 17:34
Prezident onları təltif edib - Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol