• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

İrandan narkotik gətirilməsinin qarşısı alındı

İrandan narkotik gətirilməsinin qarşısı alındı
16.01.2023 19:30
Yanvar ayının 15-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən termal videomüşahidə kamerası vasitəsilə 3 (üç) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
 
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
 
Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı "Azərbaycan Respublikası dövlət sərhədi haqqında” Qanunun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə edilib. 
 
Havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edən sərhəd pozucuları geriyə - İran istiqamətinə qaçıblar.
 
Sərhəd zastavasının xidməti ərazisi qapadılıb, texniki videomüşahidə kameraları və müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı vasitəsilə 1 (bir) sərhəd pozucusunun yeri müəyyən edilərək sərhəd naryadı tərəfindən saxlanılıb.
 
İlkin dindirmə zamanı saxlanılan şəxsin 1997-ci il təvəllüdlü İran vətəndaşı Rezai Murtuza Məcid oğlu olması və İrandan Azərbaycan Respublikasına narkotik vasitə keçirmək məqsədilə gəldikləri müəyyən edilib.
 
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 3 ədəd bağlamada, ümumi çəkisi 24 kiloqram 285 qram narkotik vasitə (marixuana) aşkar olunaraq götürülüb.
 
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!
Cəmiyyət 16:09
ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!
Yaşar Nurinin qızı vəfat edib
Cəmiyyət 14:00
Yaşar Nurinin qızı vəfat edib
Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 13:06
Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:59
Sabahın hava proqnozu
Astara gömrüyündə Avropaya gedən 456 kq narkotik aşkarlanıb
Cəmiyyət 10:07
Astara gömrüyündə Avropaya gedən 456 kq narkotik aşkarlanıb
Zəngilan və Ağdam rayonlarına növbəti köç karvanları yola salınıb
Cəmiyyət 09:38
Zəngilan və Ağdam rayonlarına növbəti köç karvanları yola salınıb
Bakıda yaşayış binasında yanğın - Video
Cəmiyyət 21:53
Bakıda yaşayış binasında yanğın - Video
Bakı Metropoliteni məsləhət almaq üçün 600 min manata yaxın pul xərcləyəcək
Cəmiyyət 21:41
Bakı Metropoliteni məsləhət almaq üçün 600 min manata yaxın pul xərcləyəcək
"ARB" telekanalı fəaliyyətini davam etdirir
Cəmiyyət 19:51
"ARB" telekanalı fəaliyyətini davam etdirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol