• $ 1.7
  • € 1.9752
  • ₽ 0.02125
  • ₺ 0.0406
  • £ 2.2694

Almaniyada inflyasiya 2022-ci ildə rekord həddə çatıb

Almaniyada inflyasiya 2022-ci ildə rekord həddə çatıb
17.01.2023 13:31
Almaniyada inflyasiya 2022-ci ildə 7,9%-lə rekord həddə çatıb. Bu barədə ölkənin Federal Statistika Agentliyinin saytında məlumat verilib.

Yüksək inflyasiyanın əsas səbəbi enerji və ərzaq məhsullarının bahalaşması olub. Eyni zamanda, enerji qiymətləri 2021-ci ilin göstəriciləri ilə müqayisədə keçən il ən çox, 34,7% artıb.

Agentliyin məlumatına görə, ötən il Almaniyada inflyasiya yüksək səviyyədə olub. Eyni zamanda, dekabra kimi qiymət artım tempi bir qədər azalaraq 8,6% göstəriciyə çatıb.


Yanvarın 13-də "Praym” Almaniya Federal Statistika İdarəsinə (Destatis) istinadən xəbər verib ki, ilkin hesablamalara görə, Aİ-nin ən böyük iqtisadiyyatı olan Almaniyanın ümumi daxili məhsulu 2022-ci ildə 1,9% artıb. Əvvəlki proqnozlara görə, Almaniyanın ÜDM-i keçən il 1,8% artmalı idi. Bu qiymətləndirməni DailyFX portalının sorğusunda iştirak edən analitiklər verib. Beləliklə, Almaniyada ÜDM artımı proqnozlaşdırılandan 0,1 faiz bəndi yüksək olub.

Bundan əvvəl Der Spiegel biznes jurnalı Linzdən olan maliyyəçi Fridrix Şnayderin müvafiq hesablamalarına istinadən yazır ki, bu il Almaniya iqtisadiyyatının "kölgə” sektorunun həcmi 22,1 milyard avro artaraq 360,31 milyard avroya çatacaq. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski ABŞ-yə gedib
Dünya 23:55
Zelenski ABŞ-yə gedib
Tramp HAMAS-ı məhv etməklə hədələyib
Dünya 23:28
Tramp HAMAS-ı məhv etməklə hədələyib
Gürcüstanda orta və ali təhsilin müddəti azaldılır
Dünya 22:45
Gürcüstanda orta və ali təhsilin müddəti azaldılır
Tramp Putinlə Budapeştdə görüşəcək - Yenilənib
Dünya 21:30
Tramp Putinlə Budapeştdə görüşəcək - Yenilənib
Fələstində yeni konstitusiya hazırlanacaq
Dünya 20:53
Fələstində yeni konstitusiya hazırlanacaq
Almaniya XİN başçısı Türkiyəyə səfər edəcək
Dünya 20:01
Almaniya XİN başçısı Türkiyəyə səfər edəcək
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışacaq
Dünya 18:58
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışacaq
AP Rusiyadan neft və qazın idxalına tam qadağanı dəstəkləyib
Dünya 18:13
AP Rusiyadan neft və qazın idxalına tam qadağanı dəstəkləyib
Husilərin Baş Qərargah rəisi öldürülüb
Dünya 17:17
Husilərin Baş Qərargah rəisi öldürülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol