• $ 1.7
  • € 2.0244
  • ₽ 0.022001
  • ₺ 0.039
  • £ 2.3221

AXCP üzvü Cəfər Mirzəyev 6 il müddətinə azadlıqdan məhrum edilib

AXCP üzvü Cəfər Mirzəyev 6 il müddətinə azadlıqdan məhrum edilib
17.01.2023 16:20
Almaniyadan Bakıya deportasiya olunandan az sonra həbs edilən siyasi fəal Cəfər Mirzəyev 6 il azadlıqdan məhrum edilib. Bu barədə Meydan Tv- də məlumat yayılıb.
 
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesinə əsasən, bir ildir həbsdə olan Cəfər Mirzəyevin üstündən təxminən 6 qram narkotik tapıldığı iddia olunur. İddia edilir ki, həmin narkotik maddəni o, satış məqsədilə əldə edib, daşıyıb.

Cəfər Mirzəyev bu iddiaları rədd edərək, bildirir ki, onu sosial mediada məmur özbaşınalığı haqda paylaşımlarına, Almaniyada olarkən Azərbaycandakı siyasi məhbuslarla bağlı etiraz aksiyalarında iştirakına görə cəzalandırıblar.
 
Məhkəmə iclasında Cəfər Mirzəyev son söz ilə çıxış edib. O, istintaq dövründə ona edilən işgəncələr barəsində danışıb. AXCP üzvü ittihamın onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib.

Prosesdə iştirak edən hüquq müdafiəçisi Zəfər Əhmədov hökmün siyasi sifariş olduğunu vurğulayıb.

Cəfər Mirzəyev 2021-ci ilin noyabrında Almaniyadan Azərbaycana deportasiya olunub, 2022-ci ilin yanvarında isə həbs olunub. O, 2021-ci ilin oktyabrından indiyədək Almaniyadan deportasiya edildikdən az sonra həbs edilən 6 nəfər siyasi fəaldan biridir. 

Daxili İşlər Nazirliyi isə onların bu haqda dediklərinin əsassız olduğunu, konkret cinayətə görə həbs olunduqlarını bildirib.
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir gündə necə cinayətin üstü açılıb? - Rəsmi
Cəmiyyət 10:04
Bir gündə necə cinayətin üstü açılıb? - Rəsmi
Bakıda mebel sexinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 09:48
Bakıda mebel sexinin fəaliyyəti dayandırılıb
Maştağada işıq olmayacaq
Cəmiyyət 09:39
Maştağada işıq olmayacaq
Azərbaycanda iki Hindistan vətəndaşı qaçırılıb və birgə əməliyyat nəticəsində azad ediliblər
Cəmiyyət 07:58
Azərbaycanda iki Hindistan vətəndaşı qaçırılıb və birgə əməliyyat nəticəsində azad ediliblər
Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərlənib
Cəmiyyət 23:30
Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərlənib
Lökbatanda baş verən yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib - Yenilənib
Cəmiyyət 23:19
Lökbatanda baş verən yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib - Yenilənib
Bərdədə yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Cəmiyyət 21:10
Bərdədə yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Sumqayıtda təmir köşkündə yanğın olub
Cəmiyyət 19:30
Sumqayıtda təmir köşkündə yanğın olub
İsmayıllıda zəlzələ olub
Cəmiyyət 19:02
İsmayıllıda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol