• $
  • £

Laçın-Xankəndi yolu mülki şəxslər üçün açıqdır - PREZİDENT

Laçın-Xankəndi yolu mülki şəxslər üçün açıqdır - PREZİDENT
18.01.2023 14:43
İlham Əliyev Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu bildirib. Bunu dövlət başçısı yanvarın 18-də Davosda Litva Prezidenti Gitanas Nauseda ilə görüşündə bəyan edib.

Prezident həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub.

 Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 38 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
70 yeni kommunal texnika Azərbaycanın 58 şəhər və rayonuna göndəriləcək
Cəmiyyət 10:50
70 yeni kommunal texnika Azərbaycanın 58 şəhər və rayonuna göndəriləcək
Son iki gündə 90 cinayətin üstü açılıb - DİN
Cəmiyyət 10:45
Son iki gündə 90 cinayətin üstü açılıb - DİN
Bəzi rayonlara qar yağır - faktiki hava
Cəmiyyət 10:42
Bəzi rayonlara qar yağır - faktiki hava
Fevralda 33 nəfər dərmandan zəhərlənib - 6 nəfər ölüb
Cəmiyyət 10:38
Fevralda 33 nəfər dərmandan zəhərlənib - 6 nəfər ölüb
Ötən il dövlət hakimiyyəti əleyhinə 1148 cinayət qeydə alınıb
Cəmiyyət 10:26
Ötən il dövlət hakimiyyəti əleyhinə 1148 cinayət qeydə alınıb
Ötən həftə 10 uşaq FHN tərəfindən xilas edilib
Cəmiyyət 09:31
Ötən həftə 10 uşaq FHN tərəfindən xilas edilib
Şəkidə qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 23:49
Şəkidə qadın dəm qazından boğularaq ölüb
İrandan Azərbaycana 192 nəfər təxliyə olunub - Yenilənib
Cəmiyyət 22:19
İrandan Azərbaycana 192 nəfər təxliyə olunub - Yenilənib
Ramazanın on ikinci günün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:57
Ramazanın on ikinci günün duası - İmsak və iftar vaxtı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol