• $
  • £

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb
18.01.2023 17:53
2023-cü il bir yanvarın statistikasına görə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5358,4 min nəfər təşkil edib ki, onlardan da 5056.2 min nəfəri məşğul əhalinin payına düşüb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Ötən ilin dekabrın 1-nin statistikasına görə isə ölkədə muzdla çalışan işçilərin sayı 1732.5 min nəfər təşkil edib ki, onlardan da 903.3 min nəfəri dövlət sektorunun, 829.2 min nəfəri isə qeyri dövlət sektorunun payına düşüb. 

Həmin dövr ərzində iqtisadiyyatın neft-qaz sektorunda 31.6 min nəfər, qeyri neft-qaz sektrounda isə 1900.9 min nəfər çalışıb. 

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi emal sənayesində, 7,2 faizi tikintidə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı,1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,  bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.  

Xidmət sahəsində işləyənlərin 19,3 faizi təhsil, 18,6 faizi  ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,0 faizi inzibati və yardımçı xidmətlərin  göstərilməsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar. 
 
Gülnar 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Kəlbəcərin Zar kəndinə növbəti köç olacaq
Cəmiyyət 11:55
Kəlbəcərin Zar kəndinə növbəti köç olacaq
Güclü külək məktəb binasına zərər vurub
Cəmiyyət 11:51
Güclü külək məktəb binasına zərər vurub
Nizami Kino Mərkəzinin divarına qrafit çəkənlər saxlanılıb
Cəmiyyət 11:46
Nizami Kino Mərkəzinin divarına qrafit çəkənlər saxlanılıb
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
Cəmiyyət 11:37
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
Əli Əsədov qərar imzalayıb - Bu yol ödənişli olacaq
Cəmiyyət 11:21
Əli Əsədov qərar imzalayıb - Bu yol ödənişli olacaq

Səfərbərlik Xidməti 34 əməkdaşıilə bağlı Baş Prokurorluğa müraciət edib
Cəmiyyət 11:05
Səfərbərlik Xidməti 34 əməkdaşıilə bağlı Baş Prokurorluğa müraciət edib
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək
Cəmiyyət 10:47
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək
Bir gündə 49 cinayətin üstü açılıb
Cəmiyyət 10:30
Bir gündə 49 cinayətin üstü açılıb
Martda 91 nəfər zəhərlənib, 3-ü ölüb
Cəmiyyət 10:12
Martda 91 nəfər zəhərlənib, 3-ü ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol