• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Əhmədinejad: Bayrağımızı Ağ evə sancmadan sakitləşməyəcəm

Əhmədinejad: Bayrağımızı Ağ evə sancmadan sakitləşməyəcəm
03.04.2014 19:02

“Bu qüvvədən yaxşı şəkildə istifadə etmək lazımdır”.

İslam İnqilabının dəyərləri nəsildən-nəslə keçməli və sona qədər mübarizə aparılmalıdır.

Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, İran mətbuatının verdiyi məlumata görə, bunu ölkənin sabiq prezidenti Mahmud Əhmədinejad bəyan edib. O, səkkiz illik İran-İraq müharibəsinin getdiyi Abadan bölgəsinə səfəri zamanı ölkənin inqilab yolunda verdiyi qurbanlar və İslam dəyərləri üçün fəda olan könüllülər barədə danışıb:

“İran xalqı dini və inqilabi dəyərlərini qorumaqda qərarlı və israrlı olduğuna görə fəxr etməlidir. Bizim əvəzolunmaz insan qüvvəmiz var. Bu qüvvədən yaxşı şəkildə istifadə etmək lazımdır. Mən şəhidlərin bayrağını Ağ evin binasına sancmadan, bayrağımız orada dalğalanmadan sakitləşməyəcəm”.

Bildirək ki, sabiq dövlət başçısı hazırda ölkənin “Məsləhət Şurası”nın üzvü və Tehrandakı Elm və Sənaye Universitetində müəllimdir. Qeyd edək ki, M.Əhmədinejad səkkiz illik prezidentliyi dövründə Qərbə qarşı sərt bəyanatları ilə tanınıb. İranın yeni prezidenti Həsən Ruhani isə sabiq ölkə başçısının sərt və düşünülməmiş bəyanatlarının fəsadlarını aradan qaldırmağa məcbur olduğunu bildirib.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Dünya 21:41
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Dünya 20:03
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Tehran və İrəvan arasında reyslər ləğv edilib
Dünya 19:38
Tehran və İrəvan arasında reyslər ləğv edilib
Израиль и ХАМАС готовятся к новой войне
Dünya 18:30
Израиль и ХАМАС готовятся к новой войне
İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb
Dünya 18:25
İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb
İzmirdə miqrantları daşıyan qayıq batıb: ölənlər var
Dünya 16:24
İzmirdə miqrantları daşıyan qayıq batıb: ölənlər var
İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürülüb
Dünya 14:36
İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürülüb
Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
Dünya 12:07
Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
İranda etirazlar davam edir
Dünya 10:15
İranda etirazlar davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol