• $ 1.7
  • € 1.978
  • ₽ 0.021002
  • ₺ 0.0405
  • £ 2.2767

ABŞ və Böyük Britaniya Aİ ilə birgə İrana qarşı sanksiya tədbiq edib

ABŞ və Böyük Britaniya Aİ ilə birgə İrana qarşı sanksiya tədbiq edib
24.01.2023 10:34
ABŞ və Böyük Britaniya Avropa İttifaqı ölkələri ilə birlikdə uzun sürən hökumət əleyhinə etirazlar zamanı insan haqlarının pozulması ilə əlaqədar İrana qarşı əlavə sanksiyalar elan edib. Bu barədə "Avropa həqiqətləri” məlumat yayıb.

Britaniya sanksiyaları İranın baş prokurorunun müavini Əhməd Fazelyana, həmçinin quru qoşunlarının komandanı, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini və onlara daxil olan Bəsic qüvvələrinə aid olduğu bildirilib.

Ümumilikdə Böyük Britaniya İran rejiminin insan haqlarını pozmasına cavab olaraq 50 sanksiya tətbiq edib. 

Eyni zamanda Birləşmiş Ştatlar İran iqtisadiyyatının müxtəlif sahələrinə təsir göstərən SEPAH Kooperativ Fondu adlanan quruma, onun idarə heyətinin beş üzvünə, İranın kəşfiyyat və təhlükəsizlik nazirinin müavini Nasser Rashediyə və dörd yüksək rütbəli komandirə qarşı sanksiyalar tətbiq edib.

İranda 22 yaşlı qadının geyim qaydalarını pozduğu iddiası ilə əxlaq polisi tərəfindən həbs olunduqdan sonra ölüb. Etirazlar zamanı  azı 519 nəfər həlak olub, 19200-dən çox insan həbs edilib.
 
Bu hərəkat 1979-cu il İslam İnqilabından sonra İranın şiə teokratiyasına qarşı ən böyük problemlərdən birinə çevrilib.

Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail daha 30 fələstinlinin meyitini təhvil verib
Dünya 16:13
İsrail daha 30 fələstinlinin meyitini təhvil verib
Rusiyanın Kiyevə zərbələri nəticəsində azərbaycanlılara məxsus evlər zərər görüb
Dünya 15:50
Rusiyanın Kiyevə zərbələri nəticəsində azərbaycanlılara məxsus evlər zərər görüb
Putin G20 sammitində iştirak etməyəcək
Dünya 13:53
Putin G20 sammitində iştirak etməyəcək
Rusiya ABŞ-yə Ukrayna ilə bağlı nota göndərib
Dünya 11:43
Rusiya ABŞ-yə Ukrayna ilə bağlı nota göndərib
HƏMAS daha iki israilli girovun meyitini Qırmızı Xaç Cəmiyyətinə təhvil verib
Dünya 23:47
HƏMAS daha iki israilli girovun meyitini Qırmızı Xaç Cəmiyyətinə təhvil verib
Türkiyə və HAMAS rəsmiləri Dohada görüşüb
Dünya 23:09
Türkiyə və HAMAS rəsmiləri Dohada görüşüb
Avropa ölkələri Ukrayna münaqişəsinin həlli ilə bağlı plan hazırlayır
Dünya 22:20
Avropa ölkələri Ukrayna münaqişəsinin həlli ilə bağlı plan hazırlayır
Türkiyə ordusu Livanda daha iki il qalacaq
Dünya 21:49
Türkiyə ordusu Livanda daha iki il qalacaq
Ermənistan XİN başçısı Fransaya səfər edəcək
Dünya 21:30
Ermənistan XİN başçısı Fransaya səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol