• $
  • £

Blinken İlham Əliyevə zəng edib

Blinken İlham Əliyevə zəng edib
24.01.2023 14:41
ABŞ-nin dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə Laçın dəhlizi və insan hüquqları ilə bağlı telefon danışığı edib. Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.
 
 
"ABŞ-nin dövlət katibi Antoni J. Blinken Azərbaycan prezidenti İlham Əliyevlə danışıb və Laçın dəhlizinin təcili olaraq kommersiya nəqliyyatı üçün açılmasını istəyib. O, Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtdığını vurğulayıb. Katib prezident Əliyevi Ermənistanla ikitərəfli sülh müzakirələrində səylərini ikiqat artırmağa təşviq edib”, - Ned Prays bildirib.
 
Dövlət katibi Azərbaycanda insan haqları ilə bağlı narahatlıqları da qaldırıb.
 
Azərbaycan tərəfi Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olub.

 "Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edilib. Bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir”, - Prezident bildirib.

Dövlət başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir.

"Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacaq”, - İlham Əliyev  qeyd edib.
 
Lida Abbaslı
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Siyasət 12:15
İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə regional təhlükəsizliyi müzakirə edib
Siyasət 11:00
Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə regional təhlükəsizliyi müzakirə edib
Prezident həmkarını təbrik edib
Siyasət 11:45
Prezident həmkarını təbrik edib
İlham Əliyev Yunanıstan Prezidentini milli bayram münasibətilə təbrik edib
Siyasət 11:15
İlham Əliyev Yunanıstan Prezidentini milli bayram münasibətilə təbrik edib

Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çindədir
Siyasət 16:56
Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çindədir
Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər dənizi bölgəsində təhlükəsizliyi müzakirə edib
Siyasət 22:29
Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər dənizi bölgəsində təhlükəsizliyi müzakirə edib

Azərbaycan XİN: Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik
Siyasət 16:26
Azərbaycan XİN: Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik
Azərbaycan XİN Pakistan xalqını təbrik edib
Siyasət 15:06
Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Çin lideri Prezident İlham Əliyevi təbrik edib
Siyasət 14:22
Çin lideri Prezident İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol