• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Aİ-nin göndərdiyi missiya öhdəlikləri yerinə yetirməməyə bəhanə olmamalıdır- SƏFİR

Aİ-nin göndərdiyi missiya öhdəlikləri yerinə yetirməməyə bəhanə olmamalıdır- SƏFİR
24.01.2023 15:26
Avropa İttifaqının Ermənistana missiya vasitəsilə qoşulması Ermənistanın öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalıdır. Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva öz tvitter hesabında bildirib.
 
"Bu məsələdən sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq üçün istifadə edilməməlidir”, - o bildirib.
 
Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib.
 
Missiyanın məqsədinin Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerlərdə inam yaratmaq və Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühit yaratmaq olduğu bildirilir.
 
EUMA-nın ilkin mandatı iki il olacaq və onun əməliyyat qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandanı EEAS-ın mülki planlaşdırma və icra üzrə idarəedici direktoru Stefano Tomat olacaq.
 
Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bildirib ki, Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsinin təhlükəlidir və bundan çəkinilməlidir. 
 
"Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir”, - Nazirlik açıqlamasında bildirib.
 
Lida Abbaslı
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan XİN Pakistandakı terror hücumunu pisləyib
Siyasət 22:50
Azərbaycan XİN Pakistandakı terror hücumunu pisləyib
Azərbaycan və İran prezidentləri regional vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər
Siyasət 21:05
Azərbaycan və İran prezidentləri regional vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər
Milli Məclisdə ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Siyasət 11:58
Milli Məclisdə ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Rusiya XİN Ermənistanın Türkiyə və Azərbaycana aparan dəmir yolları ilə bağlı müraciətinə baxır
Siyasət 23:01
Rusiya XİN Ermənistanın Türkiyə və Azərbaycana aparan dəmir yolları ilə bağlı müraciətinə baxır
Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı alqışlayır
Siyasət 22:11
Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı alqışlayır
Naxçıvanın Ali Məclisində yeni komissiyalar yaradılacaq
Siyasət 21:35
Naxçıvanın Ali Məclisində yeni komissiyalar yaradılacaq
Qaradağın icra başçısı vəzifəsindən azad edildi
Siyasət 19:48
Qaradağın icra başçısı vəzifəsindən azad edildi
Baş nazir iclas keçirib
Siyasət 17:49
Baş nazir iclas keçirib
Prezident sərəncam imzalayıb
Siyasət 16:26
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol