• $
  • £

ABŞ Laçın dəhlizi boyunca hərəkəti bərpa etməyə çağırıb - Dövlət Departamenti

ABŞ Laçın dəhlizi boyunca hərəkəti bərpa etməyə çağırıb - Dövlət Departamenti
25.01.2023 11:35
ABŞ-ın Azərbaycan-Ermənistan danışıqlarının gedişi ilə bağlı müxtəlif narahatlıqları var ki, onlardan biri də Laçın dəhlizinə aiddir. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında deyib.

"Biz Ermənistan və Azərbaycanı birbaşa dialoqda görməyə ümid edirik və bu dialoq vasitəsilə davamlı sülhün bərqərar ediləcəyini düşünürük. Bu  istiqamətdə birbaşa danışıqları davam etdiririk. Biz bunu ikitərəfli əsasda edirik, tərəfdaşlarla edirik, çox formatlı institutlar vasitəsilə edirik. Keçən il isə bir neçə dəfə üçtərəfli danışıqlar aparmaq imkanımız oldu. Biz bu çox həssas məsələləri həll etmək üçün əlimizdən gələni edəcəyik”, – Prays bildirib.
 
Ned Prays Laçın dəhlizinin açılmağının vacibliyini də vurğulayıb.

Dekabrın 12-də bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Həmin müddətdə Qarabağın erməni əhalisi  də azərbaycanlı ekoloqlara cavab olaraq  iki etiraz aksiyası təşkil ediblər.  Onların aksiya keçirməsinin əsas səbəbi Laçın dəhlizinin bağlı olması, əhalinin ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum edilməsi göstərilib.   

 
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı yolu açmağa çağırıb. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Rəsmi Bakı dəhliz ilə humanitar yüklərin daşındığını da vurğulayıb.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol