• $
  • £

Ötən il qaytarılan ƏDV-lərin məbləği açıqlanıb

Ötən il qaytarılan ƏDV-lərin məbləği açıqlanıb
25.01.2023 16:15
Azərbaycanda 2022-ci ilin sonunda qaytarılan ƏDV-lərin məbləği 2021-ci illə müqayisədə 36,9% çox olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
 
Ötən ilin sonuna qədər istehlakçılara, ümumilikdə, 361,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu məbləğin 190 milyon manatdan çox hissəsi 2022-ci ilin payına düşüb.
 
2022-ci ildə nağdsız qaydada alınmış mallara və yaxud əldə edilmiş xidmətlərə görə istehlakçılara qaytarılan məbləğ  əvvəlki illə müqayisədə 77,5% artaraq 64,3 milyon manatdan çox olub.
 
2022-ci ilin noyabrında Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, nağdsız ödənişlərə keçidin daha da stimullaşdırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15 %-dən 17,5 %-ə qədər artırılıb. Nağd əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi isə 10%-dən 5%-ə endirilib.
 
2021-ci ilin 2-ci rübündə "ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara, ümumilikdə, 94,7 milyon manat qaytarılıb.
 
ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

Layihə 2020-ci ilin mayından həyata keçirilməyə başlayıb.
 
Lida Abbaslı
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol