• $
  • £

XİN Laçın yoluna görə BMT-nin Əhali Fonduna etiraz edib

XİN Laçın yoluna görə BMT-nin Əhali Fonduna etiraz edib
25.01.2023 16:35
Azərbaycan Xarici İşlər Nazirliyi BMT-nin Əhali Fondunun Laçın dəhlizindəki vəziyyətlə bağlı bəyanatını qərəzli və reallığı əks etdirməyən bəyanat adlandırıb.


"Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun yanvarın 24-də təşkilatın mandatına aid olmayan məsələlərlə bağlı qərəzli, həqiqətə uyğun olmayan bəyanatı təəccüblü və təəssüf doğurur. Azərbaycanın suveren ərazisi olan Laçın yolunda dinc etirazlar, Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına, onların Ermənistana ixracına, sırf humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarına son qoyulmasını tələb etmək Azərbaycan xalqının qanuni hüququdur”, - XİN-in bəyanatında deyilir.
 
Vurğulanır ki, "erməni əhalisinin kompakt yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir və buna son qoyulmalıdır”.

"Etirazlar başlayandan 1000-dən çox avtomobil Laçın yolunda sakinlər üçün məişət əşyaları, tibbi ləvazimatlar ilə lazımi tibbi xidmətlə təmin olunub. Azərbaycan hökuməti də dəfələrlə bildirib ki, əhalinin bütün humanitar ehtiyaclarını operativ şəkildə təmin etməyə hazırdır"- açıqlamada bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi BMT-nin Əhali Fondunu "qərəzsiz olmağa, təşkilatın nüfuzuna xələl gətirə biləcək hərəkət və bəyanatlardan çəkinməyə” çağırıb.

Dekabrın 12-də Azərbaycanın ekoloji qeyri-hökumət təşkilatlarının bir qrup fəalı Qarabağın Laçın-Şuşa yolunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı etiraz aksiyasına başlayıb. Onlar çadırlar quraraq "qeyri-qanuni istismarın artdığı” Qızılbulaq və Dəmirli filiz yataqlarına buraxılmayana qədər çıxmaq fikrində olmadıqlarını bildiriblər.


İrəvan bunu Bakının regionda humanitar fəlakət yaratmağa yönəlmiş təxribatı kimi qiymətləndirib. Bakı bəyan edib ki, aksiyanın məqsədi heç bir yolu bağlamaq deyil və mülki nəqliyyat vasitələri hər iki istiqamətdə sərbəst hərəkət edə bilər.
 
Gülnar 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol