Son 2 ildə Azərbaycanın diplomatik missiyalarına 5-ci hucumdur - NATO rəsmisi
İrandakı Azərbaycan səfirliyinə baş verən terrorla bağlı bir neçə ölkənin səfirləri Azərbaycana başsağlı verib.
Böyük Britanıyanın Azərbaycandakı səfiri Fergus Auld tvitterində paylaşıb edərək sarsıldığını vurğulayıb.
"Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirəm”, - o bildirib.
Türkiyə XİN-də bəyanat yayaraq baş verən hücumu pisləyib.
"Bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumu pisləyirik. Bu hücumda həyatını itirən səfirliyin əməkdaşına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik".
Bildirilir ki, əvvəllər oxşar hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını anlayır və bölüşür.
"Bu alçaq hücuma görə məsuliyyət daşıyanların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Qardaş Azərbaycan heç vaxt tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi, indi də davam edəcək”, - bəyanatda vurğulanıb.
Azərbaycanın NATO-dakı nümayədəsi Cəfər Hüseynzadə də tvitter hesabında paylaşım edərək yazıb ki, son 2 ildə Azərbaycanın diplomatik missiyalarına 5-ci hucumdur.
Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkəni Vyana Konvensiyasını həyata keçirməyə çağırırıq”.
Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayaraq hücum edənlərin məsuliyyətə cəlb olunacağına ümid etdiyini yazıb.
"Rusiya Federasiyası Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb ediləcəyini gözləyir. Azərbaycanın Tehrandakı səfirliyinə hücum rəsmi qurumlar tərəfindən diplomatik nümayəndəliklərin təhlükəsiz fəaliyyətinin təmin edilməsinin vacibliyini təsdiq edir" - açıqlama bildirilir.
Hadisə ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqına başsağlığı verib.
"Azərbaycanın Xarici İşlər Nazirliyində çalışan həmkarlarımıza və onların ailə üzvlərinə səfilrlikdə baş verən faciəvi insidentlə bağlı başsağlığı verir, dərin kədərimizi bölüşürük. Eyni zamanda insident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralılara şəfa diləyirik", - paylaşımda deyilir.
"Azərbaycanın Xarici İşlər Nazirliyində çalışan həmkarlarımıza və onların ailə üzvlərinə səfilrlikdə baş verən faciəvi insidentlə bağlı başsağlığı verir, dərin kədərimizi bölüşürük. Eyni zamanda insident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralılara şəfa diləyirik", - paylaşımda deyilir.
Ukraynanın Azərbaycandakı səfirliyi də bəyanat yayaraq baş verən hadisəni qətiyyətlə pislədiyini bildirib və həlak olan şəxsin yaxınlarına başsağlığı, yaralan şəxslərə isə şəfa diləyib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviterdə paylaşım edərək baş verən hadisəni pisləyib.
"Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara şəfa diləyirəm", - o vurğulayıb.
"Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara şəfa diləyirəm", - o vurğulayıb.
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər