• $
  • £

BMT önündə İranda Azərbaycan səfirliyinə qarşı terror aktı əleyhinə aksiya keçiriləcək

BMT önündə İranda Azərbaycan səfirliyinə qarşı terror aktı əleyhinə aksiya keçiriləcək
28.01.2023 09:12
ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə İranda Azərbaycan səfirliyinə qarşı terror aktı əleyhinə aksiya keçirəcək.

Bunu ABŞ-ın Nyu-York ştatında fəaliyyət göstərən "Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramov deyib.

İran hakimiyyəti beynəlxalq hüququn normalarını pozub və bunun üçün cavab verməlidir: "Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı İran İslam Respublikasının son vaxtlar nümayiş etdirdiyi müttəfiq və qonşuluq münasibətlərinə zidd davranışlarının bir parçasıdır. İran hakimiyyəti beynəlxalq hüququn normalarını pozub və bunun üçün cavab verməlidir. Bu mənfur terror hücumu qəbuledilməzdir.

Silahlı hücum nəticəsində həmyerlimizin həyatını itirməsini Amerikada yaşayan ABŞ və Yəhudi icmasının fəallarını yasa boğdu. Beynəlxalq hüquqa və konvensiyalara əsasən diplomatik korpuslar toxunulmazdır və hər bir dövlət ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməlidir. İran höküməti niyə bu terror aktının qarşısını almayıb və ya almaq istəməyib? Bu suala cavab tələb edirik.

ABŞ Dövlət Departamentinin bu xain teror hücumunu qınamasını alqışladıq. Beynəlxalq ictimaiyyət terror hadisəsinə göz yuma bilməz. Məsələni ictimailəşdirmək üçün Nyu-Yorkda yaşayan həmyerlilərimizlə BMT-nin mənzil-qərargahı önündə dəvət edirik. Məsələyə hüquqi qiymət verilənə qədər dünya ictimayyətinin diqqətini baş verənlərə yönəltməyə çalışacağıq”. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol