• $
  • £

Ermənistanda hərbçilərin qəsdən yandırıldığı iddia olunur

Ermənistanda hərbçilərin qəsdən yandırıldığı iddia olunur
28.01.2023 09:18
Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın zamanı həlak olan daha bir əsgərin valideynləri övladlarının qəsdən öldürüldüyünü iddia edir.

Bu barədə Ermənistan mətbuatından məlumat verilib.

Hadisə zamanı həlak olmuş hərbçi Ayk Kirakosyanın valideynləri yanğının qəsdən törədildiyinə dair iddialar irəli sürüblər.

Ayk Kirakosyan hadisədən bir neçə gün əvvəl hərbi xidmətdə yaranmış xoşagəlməz vəziyyətdən şikayət edib. O, atası ilə son söhbətlərinin birində iki əsgər qardaşı ilə Qor adlı komandir (Qor Agekyan -red) arasında insident baş verdiyini bildirib.

"Hadisədən iki gün əvvəl telefonla danışdıq. Ayk bildirdi ki, hərbçilər arasında mübahisə yaranıb, söz-söhbət olub, bundan 4 gün əvvəl hərbi polis nə baş verdiyini araşdırmaq üçün yoxlamağa gəlib. Yoxlamalr zamanı əsgərlərdə mobil telefonlar aşkarlanıb. Təfərrüatı açıqlaya bilmirəm, söhbət həm də onların komandiri haqqındaydı, komandir də yəqin ki, bütün bu əşyaların kimə aid olduğunu yoxladı, onlar bir-birlərini vurublar”, - Ayk Kirakosyanın atası Qabriel Kirakosyan deyib.

Ayk Kirakosyan həmin hadisədən atasından başqa hərbi hissəyə köçürülmək istədiyini, xidmətini bu bölükdə davam etdirə bilməyəcəyini deyib.

Ayk 15 hərbçinin ehtiyatsızlıqdan ölümündə ittiham olunan kapitan haqqında heç nə danışmayıb. Əsgərin valideynləri övladlarının ölümü ilə bağlı Müdafiə Nazirliyinin ilkin rəsmi versiyasına inanmırlar.

"İyirmi əsgərin həyatı əmanət edilmiş zabit sobaya benzin tökməyin yanğına səbəb olacağını necə bilməsin? Əsgərlər hadisə zamanı doğrudan da yatmışsdısa, soba nə üçün yanırdı? Axı Ayk tez-tez yataq otağının kiçik və isti olduğunu söyləyirdi.

Əsgərlər doğrudan da yatmışdılarsa, niyə çarpayılarda çəkmələrlə, ölmüş vəziyyətdə aşkarlanıblar? Necə ola bilərdi ki, təlim keçmiş 10 nəfərdən heç biri qapını sındıra bilməyib?”, - əsgərin valideynləri bildiriblər.

"Oğlum (Ayk-red) qəsdən yuxuya verilib və ya zəhərlənib, o getdi və izi itirmək üçün qəsdən yanğın törədiblər. Özümə o qədər suallar verirəm ki, nə baş verdiyini anlamıram. Bunu (yanğının törədilmə səbəbini -red) ancaq icraçı yox, oğlum da bilib. Hətta düşünürəm ki, oğlum onların əməlləri barədə nəsə bilir, qorxublar ki, Ayk hər şeyi üzə çıxarar. Buna görə oğlumu öldürüblər.

Mən heç bir fərziyəyə inanmıram. Onlar (əsgərlər) qəsdən öldürülüb”, - Ayk Kirakosyanın anası Armine Ağaxanyan deyib.

Hadisə yanvarın 18-də baş verib. Yanğın nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və 1 zabit yaralanıb. Hadisəyə görə, Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb, hərbi hissənin komandiri polkovnik-leytenant Qor Agekyan saxlanılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Yanğından bir həftədən çox vaxt keçsə də, Ayk Kirakosyanın ailəsinə Ermənistanın Müdafiə Nazirliyinin heç bir rəsmisi baş çəkməyib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol