Polad Bülbüloğlu Qaluzinlə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbül oğlu ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərini, o cümlədən Moskva ilə Bakı arasında Müttəfiqlik Əməkdaşlıq haqqında Bəyannamənin icrası kontekstində əməkdaşlığı müzakirə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
www.anews.az
"Söhbət zamanı Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə edilib. Həmçinin bir sıra aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin həyata keçirilməsi əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunulacaq”, - məlumatda deyilir.
Polad Bülbüloğlu 2006-ci ildən Azərbaycanın Rusiyada səfiridir. O bu vəzifəyə qədər Azərbaycanda mədəniyyət naziri kimi fəaliyyət göstərib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər