• $
  • £

Rəsulzadənin doğum günündən 139 il ötür

Rəsulzadənin doğum günündən 139 il ötür
31.01.2023 12:34
Yanvarın 31-i müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcısı Məmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ildönümünüdür. 
 
Rəsulzadə Azərbaycan dövlətçiliyi ideyasının formalaşmasında mühüm töhfələr verib. 

İctimai xadim xatirəsi təkcə Azərbaycanda deyil, ömrünün mühüm hissəsini yaşadığı Türkiyədə də ehtiramla yad edilib.

Azərbaycan dövlətçiliyinin şüarlarından birinə çevrilən "Bir kərə yüksələn bayraq bir daha enməz!” qanadlı sözlərin sahibi də məhz odur.

Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarından siyasətlə maraqlanmış, çar rejiminə qarşı olan bir sıra müxalifət partiya və təşkilatlarında çalışıb, müxtəlif qəzet və jurnallarda məqalələr yazıb.

1909-cu ildə çar rejiminin təzyiqi ilə İrana köçən Rəsulzadə burada jurnalist kimi fəaliyyət göstərir.

İranda konstitusiya rejiminin süqutundan sonra siyasətçi təzyiqlərə məruz qalıb və 1911-ci ildə Türkiyədə məskunlaşmağa məcbur olub.

Müəyyən müddətdən sonra Rəsulzadə Bakıya qayıdır, Müsavat Partiyasına daxil olur və 1917-ci ildə partiyanın sədri seçilir.

1918-ci ildə Rəsulzadə Azərbaycan Milli Şurasına rəhbərlik edirdi. Onun sədrliyi ilə 1918-ci il mayın 28-də şura Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını elan etdi.

1918-ci il iyunun 18-də Rəsulzadənin başçılığı ilə bir qrup Azərbaycan diplomatı Mərkəzi Avropa dövlətləri ilə Qafqazın yeni yaranmış dövlətləri arasında əməkdaşlıq çərçivəsində keçirilən konfransda iştirak etmək üçün İstanbula getdilər.

1918-ci il sentyabrın 15-də Osmanlı dövlətinin hərb naziri Ənvər paşa Bakının bolşevik birləşmələrindən azad edilməsi barədə Rəsulzadəyə məlumat verdi.
Rəsulzadə Bakıya qayıdıb, Müsavat Partiyasının başqanı kimi ölkənin siyasi həyatında fəal iştirak edib.

Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Rəsulzadə həbs edilərək Moskvaya aparılıb. Stalinin təlqininə baxmayaraq, Rəsulzadə sovet hökuməti ilə əməkdaşlıqdan imtina etdi və SSRİ-ni tərk edib.

Siyasətçi müəyyən illər Fransa, Finlandiya, Polşa və Almaniyada yaşamış, antisovet məqalələri yazmış, Azərbaycanın sovet hakimiyyəti tərəfindən işğal edildiyini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

1947-ci ildə Rəsulzadə Türkiyəyə köçür və Türkiyə vətəndaşlığını alır. 1949-cu ildə Ankarada "Azərbaycan Kültür Dərnəyi” yaradıb.

O, Türkiyədə Azərbaycanın müstəqilliyi mövzusunda kitablar yazmağa və müxtəlif konfranslar keçirməyə davam edib.

Məmməd Emin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib və paytaxtın Cebeci rayonundakı Əsri qəbiristanlığında dəfn edilib.

"Azərbaycan Kültür Dərnəyi” Türkiyədə bu günə kimi fəaliyyətini davam etdirir.

Türkiyənin bir çox əyalət və şəhərlərində küçə və prospektlər Rəsulzadənin adını daşıyır.

Ankaranın Çankaya rayonunda Məmməd Emin Rusalzadə adına Anadolu Liseyi də onun adını daşıyır. 
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol