Ermənistan minaları yerləşdirməyi dayandırsın - Azərbaycan BMT məhkəməsində
Azərbaycan 2021-ci ildə öz ərazisində Ermənistanda istehsal olunan 2700 yeni minalar aşkar edib. Bu barədə çərşənbə axşamı Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə Azərbaycan tərəfinin nümayəndəsi Elnur Məmmədov məlumat verib.
"Bir ildən də biraz çox zaman öncə Ermənistan məhkəməyə bildirdi ki, Azərbaycan ərazisinə mina qoymur. Amma bu, belə deyil. Azərbaycan tərəfindən mina və digər partlayıcı qurğuların quraşdırılmasının davam etməsi ilə bağlı yeni faktlar aşkarlanıb. Azərbaycan hakimiyyəti partlayıcı tələləri mütəmadi olaraq aşkarlayır. "Bu partlayıcı qurğular azərbaycanlıların həyatı üçün ciddi təhlükə yaradır", - Azərbaycan tərəfinin nümayəndəsi vurğulayıb.
www.anews.az

Ermənistan 2021-ci il sentyabrın 16-da İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanla məhkəmə prosesi başlayıb. İddia Azərbaycanı 2020-ci ilin sentyabrında münaqişə zamanı gündəmə gələn onilliklər boyu irqi ayrı-seçkilikdə ittiham edir. Həmin il sentyabrın 23-də Azərbaycan əks iddia qaldıraraq Ermənistanın regionda azərbaycanlılara milli və etnik mənsubiyyətinə görə bir sıra ayrı-seçkilik törətdiyini və törətməkdə davam etdiyini bildirib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər