Zakir Həsənovla İsrailin yeni müdafiə naziri arasında telefon danışığı olub
Fevralın 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub.
Danışıq zamanı tərəflər baş verən terror hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
www.anews.az
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Yoav Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.
General-polkovnik Zakir Həsənov Yoav Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər