• $
  • £

Azərbaycanla toqquşmada İran bizi pis vəziyyətdən çıxarıb - Ermənistan XİN rəsmisi

Azərbaycanla toqquşmada İran bizi pis vəziyyətdən çıxarıb - Ermənistan XİN rəsmisi
01.02.2023 21:53
Ermənistanla Azərbaycan arasında 2022-ci ilin sentyabrında baş verən toqquşmada Ermənistana İran dövləti tərəfindəm kömək edilib.
Bunu Ermənistanın xarici işlər nazirinin müavini Voqan Kostanyan bildirib.

"Biz Azərbaycanın hücum edəcəyi barəsində məlumatlı idik.İran bu işdə bizə köməklik etdi.Bizi həm hərəkətləri həm də bəyanatları ilə pis vəziyyətə düşməyimizdən xilas etdi. İran Ermənistan üçün mühüm tərəfdaşdır",- XİN rəsmisi bildirib.

Siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə İranın Ermənistana hərbi-siyasi dəstəyi və onu kəşfiyyat məlumatları ilə təmin etməsi zərrə qədər də təəccüblü olmamalıdır.

"Bu, Azərbaycan müstəqillik qazandıqdan sonra İranın siyasətində adi bir vərdişə çevrilib. Qarabağ münaqişəsi zamanı İran müxtəlif əbalara bürünərək öz əməllərinin üstünü örtməyə çalışırdı.
Əslində Azərbaycan da bilirdi ki, İranın yuvasından Ermənistana nələr uçur və Tehran İrəvanı necə sığallayır.
Ancaq geosiyasi şərait bir qədər həssas olduğundan Azərbaycan hər şeyi qabartmırdı, hərçənd ki, müxtəlif vasitələrlə Tehranın siyasəti damğalanırdı" , politoloq bildirib.

Kərimov hesab edir ki, İranla   Azərbaycan arasımdakı   gərginliklərdəki gizli tərəflər    Vətən müharibəsindən sonra üzə çıxıb və heçnəyə baxmayaraq  Azərbaycan yenə də əməkdaşlıq formatı təklif edib.

"İran heç nə ilə qane olmadı və bununla da tədrici olaraq ikitərəfli münasibətlərin rəngi daha da tündləşdi.İran Ermənistana yardım edir, indinin özündə də bilmək olmaz ki, Tehran İrəvana hansı silah-surat verir. Hesab edirəm ki, İran 44 günlük Vətən müharibəsində Ermənistanın Azərbaycanın cəbhədən uzaqda yerləşən ərazilərinə raket atəşinə tutmasına da kəşfiyyat dəstəyi verib. Bir az şifrəli görünə bilər, amma raketlərin uçuş trayektoriyası ilə İrana işləyən casus şəbəkəsi arasında əlaqə quranda müəyyən əlaqə tapmaq olur" -şərhçi vurğulayıb.

Politoloqun fikrincə artıq  Azərbaycanla İran arasındakı diplomatik əlaqələrdə  qırılma var və Qafandakı konsulluq belə Bakının gələcək addımlarının qarşısında maneələr yarada bilmək gücündə deyil.

2022-ci sentyabrın 13-nə keçən gecə Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin ölkənin yaşayış məntəqələrini atəşə tutması barədə məlumat yayıb. Bakı bunun İrəvanın təxribatlarına cavab olduğunu bildirib. Daha sonra Azərbaycan atəşkəslə bağlı razılıq əldə etdiyini açıqlayıb. Ermənistan Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib, iclasda Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi, həmçinin KTMT və BMT Təhlükəsizlik Şurasının müddəalarından istifadə etmək üçün Rusiyadan kömək istəməyə qərar verilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol