Azərbaycan Türkiyəyə qaz ixracını 19% artıracaq

Azerbaycan 2023-cü ildə Türkiyəyə qaz ixracını 2021-ci ildəki 8,4 milyard kubmetrdən 10 milyard kubometrə kimi artırmaq niyyyətindədir. Bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib.
«Türkiyənin energetika naziri Fateh Dönməzlə qazın nəqli və tranziti məsələlərini müzakirə etdik. 2023-cü ildə Türkiyəyə qaz ixracı 10 milyard kubmetr həcmində proqnozlaşdırılır», - Şahbazov tvitter hesabında yazıb.
Türkiyənin energetika naziri Fateh Donməz, tərəflərin Azərbaycan qazını Türkiyəyə çatdıran TANAP boru kəmərinin gücünün də 2 dəfə artırılacağı barədə razılıq əldə edildiyini bildirib.
Onun sözlərinə görə, TANAP-ın gücünün artırılması layihəsini Türkiyə 3-4 ilə bitirmək niyyətindədir.
"TANAP tutumunun ikiqat artırılması ilə bağlı konsensusla əlaqədar tədqiqatlar davam edir. Kəmərin tutumunun artımı 3-4 ilə reallaşacaq.
Bu yolla Türkiyə Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək", - Dönməz bildirib.
Onun sözlərinə görə, Türkiyə qaz üzrə ticarət mərkəzinin yaradılması ilə bağlı son nöqtəyə çatıb.
"Biz son illərdə öz təchizat təhlükəsizliyimiz üçün infrastruktur üzərində işləyərkən, qazı Avropa ölkələrinə ötürəcəyimiz və ticarət edəcəyimiz nöqtəyə keçirik. Söhbət etdiyimiz rəsmilərin hamısı layihəmizi dəstəkləyəcəklərini bildirdilər. Xüsusilə Türkiyədə distribütor və ticarət mərkəzinin yaradılması səylərimizdə son nöqtəyə gəldik. Məqsədimiz bir il ərzində ilk ticarətə başlamaqdır", - Dönməz vurğulayıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər