• $
  • £

Türkiyəli deputatlar Qərbi Azərbaycan İcmasında

Türkiyəli deputatlar Qərbi Azərbaycan İcmasında
04.02.2023 23:30
Fevralın 4-də Qərbi Azərbaycan İcmasında Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvü ilə görüş keçirilib.

Türkiyəli qonaqları salamlayan Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli qardaş ölkənin parlamentarilərinin icmanı ziyarət etməsinin böyük mənəvi önəm daşıdığını bildirib. Azərbaycanlıların ötən əsrdə dörd dəfə öz doğma torpaqlarından qovulması barədə məlumat verən İcma sədri bu hadisələr zamanı soydaşlarımıza qarşı törədilmiş müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər barədə danışıb.

İcmanın Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Azərbaycan–Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov qeyd edib ki, yurdlarından qovulmuş azərbaycanlıların İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə və digər beynəlxalq konvensiyalar çərçivəsində tanınmış hüquqlarının təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.
 
TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım azərbaycanlıların başına gətirilən müsibətlərə görə təəssüf hissi keçirdiyini bildirərək, beynəlxalq konvensiyalara uyğun olaraq onların geri qayıtmaq hüququnun bərpasının zəruriliyini vurğulayıb.

Görüşdə Qərbi Azərbaycan İcmasının əsas orqanlarının rəhbərləri, həmçinin türk deputatlar Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca, Uğur Bayraktutan, Yaşar Karadağ, TBMM-in Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Ertugrul Akay, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı Öncü Güneş iştirak ediblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol