• $
  • £

Tehranda Azərbaycan səfirliyinə bir neçə dəfə hücum olub - DETALLAR

Tehranda Azərbaycan səfirliyinə bir neçə dəfə hücum olub - DETALLAR
06.02.2023 16:08
Azərbaycanın tehrandakı səfirliyinə yanvarın 27-də hücum edən şəxs bir neçə dəfə binaya girmək üçün cəhd edib, 2dəfə isə binanın içinə daxil olub. Bunu Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə bildirib.
 
"İlk terror hücumu 27 yanvar saat 08:05 08:24 radələrində cinayəti törətmək üçün uyğun məqam seçmək məsədilə avtomobili ilə səfirliyin qarşısından 2 dəfə keçib. Saat 08:32 radələrində səfirliyin əməkdaşları diplomatik nümayəndəliyin inzibati binasına girib. Əsas giriş qapısından dərhal girdikdən sonra terrorçu nəqliyyat vasitəsini sürətlə idarə edərək qəsdən səfirliyin qarşısında park edilmiş nüamayəndəliyin avtomobilinə öz avtomobilini çırpıb. Bunun nəticəsində yaranmış reaksiya olaraq səfirliyin əməkdaşlarının nümayəndələri qapının açmasından istifadə edən terorçu avtomobilindən silahını götürərək giriş qapısında postda xidməti növbədə olan İran polisinə əli ilə işarə verərək atəş aça-aça səfirliyin binasına daxil olur. Saat 08:34-də səfirliyə daxil olmasından 2 dəqiqə sonra İran polisinə məxsus avtomobil səfirliyin qarşısına gəlsə də giriş qapısında postda dayanmış polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşır. Terrorçu 4 dəqiqə ərzində 08:36-yə qədər səfirliyin içərisində əməkdaşları hədəfə almaqla çoxsaylı atəş açıb. Nəticədə səfirliyin əməkdaşı Orxan Əsgərov həyatını itirib, səfirliyin iki əməkdaşı yaralanıb”, - XİN rəsmisi bildirib. 

Ayxan Hacıyevin sözlərinə görə bundan sonra səfirliyin əməkdaşı Vasif Tağıyev terorçu ilə bir xeyli zaman mübarizə aparıb.  

"Vasif yaralanmasına baxmayaraq terrorçu ilə mübarizəni davam etdirib.  Və terorçunun əlində olan avtomatının darağını çıxara bilib. Bu zaman terorçu gödəkçəsində saxladığı tapancanı çıxararaq atəş açmaqla Vasif Tağıyevi bu dəfə çənəsindən yaralayıb. Sonradan həmin tapança səfirliyin ərazisində aşkar edilib. Vasif Tağıyev cinayətkarı sıxışdıraraq səfirliyin binasından çıxara bilib. Dəfələrlə qapıda duran İran polisin çağırılmasına baxmayaraq hadiyəsə nəinki müdaxilə etməyib,hətta postunu tərk edərək ərazidən uzaqlaşıb. Səfirliyin binasından çıxarılmış terrorçu isə cibində ehtiyat darağı götürərək avtomata taxıb 2 dəfə kiməsə əl işarəsi göstərərək daha sonra səfirliyin giriş qapısına, hədə qorxu gələrək və təhqiramız ifdələr işlədərək səfirliyin binasında yaşayan ailələrin pəncələrinə atəş açıb. Terrorçu bu müddət ərzində özü ilə gətirdiyi yanan maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsinin yandırmaq məqsədilə avtomobilin təkərlərin iki dəfə alışdırıb”, - Hacızadə söyləyib. 

XİN rəsmisi deyir ki, bu hadisədən sonra terorçu avtomobilindən ağır zərbəli aləti götürərək yenidən binanın qapısını qırmağa cəhd edib. 

"Diplomatların ailə üzvlərini qətlə yetirmək üçün ikinci dəfə səfirliyin binasına daxil olub. Atəş aça-aça səfirliyin 2-ci mərtəbəsinə qalxma cəhd edən terrorçunun üzərinə Vasif Tağıyev yanğınsöndürən balon atmaqla onu başından zədələyib. Bu kadrlar kameralar olan hissədə olmadığı üçün görüntülər kadrlara düşməyib. Nəticədə terorçu binanı tərk etməyə məcbur olub. Küçəyə çıxandan sonra terorçu hansısa şəxslərə əli ilə işarə etməklə avtomatını yerə qoysa da polis ona yaxınlaşmayıb. Növbəti dəfə polisin hadisəyə müdaxilə etməməsindən istifadə edən terorçu özü ilə gətirdiyi yandırcı maddəni avtomobilindən götürərək səfirliyin qarşısında dayanan xidməti avtomobilin üzərinə atmağa çalışıb və yandırmağa səy göstərib. Həmin vaxt ehtiyatsızlıqdan özünü yandıran terrorçu polislər tərəfindən müdaxiləyə məruz qalır”, - mətbuat katibi vurğulayıb. 

XİN sözçüsü açıqlamasında qeyd edir ki, bu qədər hadisənin fonunda İran polisi terrorçunu həbs etməyə tələsməyib. 


"Polislər terorçunu həbs etməyə tələsməyib. Onunla danışmağa başlayıb, cinayət kimi rəftar edilməyib. Bundan istifadə edən terrorçu isə bir müddət ərazidə dolaşaraq səfirliyin diplomatlarını "hamınızı öldürəcəm” deyə təhdid edib. Polislər bir daha bu müdaxiləyə reaksiya verməyiblər. Bundan sonra terrorçu sərbəst şəkildə səfirliyin binasına yaxınlaşaraq sərbəst şəkildə qapını sındırmağa cəhd göstərib. Avtomobilin ağır zərbəli aləti götürərək polis işçilərinin gözü qarşısında qapını sındırmağa cəhd edib. Polis işçiləri buna bir daha müdaxilə etməyiblər. O sakit şəkildə qapını sındırma bilmədiyi üçün alətini avtomobilinə qoyub. Daha sonra onun həbs olunmasnı tələb edən Vasif Talıbovu aşağı düşməsini təhrik edib, Vasif Tağıyev aşağı düşdükdə onu yenidən təhdid edərək üzərinə  hücum etməyə cəhd edib. Yalnız bu zaman polislər terorçunun qolunu qandallayıb,onu avtomobilə oturdaraq ərazidən uzaqlaşdırıblar. Bu zaman üzərində maska olan naməlum şəxsin terorçunun avtomobilindən naməlum əşyalar götürməsi və ərazidən uzaqlaşması diqqət çəkib”, - Ayxan Hacızadə əlavə edib. 
 
Yanvarın 27-də Tehranda yerləşən Azərbaycan səfirliyinə hücum olub. Hücum nəticəsində səfirliyin mühafizə rəisi Orxan Əsgərov şəhid olub. Səfirliyin digər iki əməkdaşı yaralanıb.
 
Hadisədən dərhal sonra Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb və səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. 
 
Azərbaycan prezidenti İlham Əliyev baş verən hadisəni teror adlandırıb və bildirib ki, İran hokuməti bu hadisə ilə bağlı ciddi işlər görmür. 
 
Azərbaycan Xairici İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirib ki, zəruri olmadıqca İrana səfər etməsinlər. 
 
Fevralın 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.  Terrorçunu bilavasitə zərəsizləşdirilməsində iştirak edən Vasif Tağıyev 1-ci dərəcəli "Rəşadət” ordeninə, təhlükəsizlik xidmətinin digər əməkdaşları Orxan Əsgərov  (ölümündən sonra) və  Mahir İmanov "Vətən uğrunda” medalına layiq görülüblər.  
 
Terror hadisəi ilə bağlı dünyanın 140 ölkəsindən Azərbaycana dəstək və başsağlı məktubları gəlib. 
 
 




Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fazil Mustafa: Məktəblərdə geyim qaydalarının tətbiqi şəxsi həyata müdaxilə deyil
Cəmiyyət 12:25
Fazil Mustafa: Məktəblərdə geyim qaydalarının tətbiqi şəxsi həyata müdaxilə deyil

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
Cəmiyyət 12:19
Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
Metronun iki stansiyasınının pulsuz olmasının səbəbi açıqlanıb
Cəmiyyət 12:12
Metronun iki stansiyasınının pulsuz olmasının səbəbi açıqlanıb
Martin Ryan əfv olundu - 10 illik məhkum edilmişdi
Cəmiyyət 11:47
Martin Ryan əfv olundu - 10 illik məhkum edilmişdi
Dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmaq cəhdləri təhlükəlidir - deputat
Cəmiyyət 11:32
Dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmaq cəhdləri təhlükəlidir - deputat

İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
Cəmiyyət 11:24
İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
Milli Məclisdə ictimai birliklərin vəziyyəti ilə bağlı dinləmə keçiriləcək - komitə sədri
Cəmiyyət 11:14
Milli Məclisdə ictimai birliklərin vəziyyəti ilə bağlı dinləmə keçiriləcək - komitə sədri

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
Cəmiyyət 10:28
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
Cəmiyyət 10:17
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol