Martda Azərbaycan Qoşulmama Hərəkatının Zirvə Görüşünə ev sahibliyi edəcək - PREZİDENT
Gələn ay Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşünə ev sahibliyi edəcək. Bunu prezident İlham Əliyev Namibiyanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın etimadnaməsini qəbul edərkən deyib.
Azərbaycan 2019-cu ildənQoşulmma Hərəkatına sədrlik edir. Hərəkata sədrlik 2023-cü ilin sonuna kimi uzadılıb.
Qoşulmama hərəkatı ilk dəfə 1955-ci il İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında təsis edilib. Bu konfransdan 6 il sonra, 1-6 sentyabr 1961-ci il keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub.
Hərəkatın daimi mənzil qərargahı yoxdur Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır.
Hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.
Azərbaycan bu təşkilata ilk dəfə 2011-ci ildə üzv seçilib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər