Bakıda yardımların toplandığı ünvan dəyişib
Türkiyədə baş verən zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib.
Bildirilib ki, yardımlar Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanır.
"Yardımla bağlı Babək prospektində yerləşən Doğtaş mebel qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi olaraq dəyişilib", - Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
AFAD (Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyətin İdarəedilməsi Başqanlığı) bildirir ki, ikinci əl geyimlər artı qəbul edilməyəcək.
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6234 nəfərə çatıb.
Təbii fəlakət nəticəsində 37 011 nəfər yaralanıb.
Fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Aytac
www.anews.az