• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardım göndərib - VİDEO

Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardım göndərib - VİDEO
09.02.2023 15:22
Heydər Əliyev Fondu Türkiyədə baş verən son zəlzələnin qurbanlarına kömək məqsədilə bu ölkəyə  humanitar yardım göndərilib.  Bu barədə Heydər Əliyev Fondu xəbər verib. 

Fondun məlumatına görə, faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıran xüsusi təyyarə bu gün Türkiyəyə eniş edib. 

Türkiyəyə ezam edilən fond əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdırıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.

Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib. 

Heydər Əliyev fondu 2004-cü ildə yaradılıb. Fond səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir. 

Fondun prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. 
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tərtərdə qəza- 2 qardaş ölüb
Cəmiyyət 15:43
Tərtərdə qəza- 2 qardaş ölüb

Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub
Cəmiyyət 14:46
Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub
Xəzərdə zəlzələ olub
Cəmiyyət 14:25
Xəzərdə zəlzələ olub

Bu yolda sürət həddiendirilib
Cəmiyyət 14:14
Bu yolda sürət həddiendirilib

Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılıb
Cəmiyyət 14:00
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılıb

Əflatun Amaşov qəza keçirib- Foto
Cəmiyyət 13:48
Əflatun Amaşov qəza keçirib- Foto

Bakıda və Abşerondayağıntı intensivləşəcək
Cəmiyyət 13:31
Bakıda və Abşerondayağıntı intensivləşəcək
Şəmkirdə yük və minik maşını toqquşdu- Xəsarət alan va
Cəmiyyət 13:00
Şəmkirdə yük və minik maşını toqquşdu- Xəsarət alan va


Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
Cəmiyyət 12:44
Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol