• $ 1.7
  • € 2.0051
  • ₽ 0.022274
  • ₺ 0.0388
  • £ 2.2977

Türkiyə 95 ölkənin yardımını qəbul edib - Çavuşoğlu

Türkiyə 95 ölkənin yardımını qəbul edib - Çavuşoğlu
09.02.2023 16:46
Türkiyə 95 ölkədən ölkənin cənub-şərqində baş vermiş dağıdıcı zəlzələdən sonra yardım təklifini qəbul edib. Bunu cümə axşamı Ankarada keçirdiyi mətbuat konfransında xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"95 ölkədən yardım təklifini qəbul etdik. Axtarış-xilasetmə əməliyyatlarında 56 ölkədən 6479 xilasedici iştirak edir. Daha 19 ölkə 24 saat ərzində öz mütəxəssislərini göndərəcək", - Çavuşoğlu bildirib.
 
Fevralın 6-da Türkiyənin cənub şərqində iki dəfə 7.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 14 mini keçib. Bu rəqəmin daha da artacağı gözlənilir. 
 
Baş verən zəlzələ nəticəsində BMT cümə axşamı açıqlama yayaraq bildirib ki, ərazilərə humanitar yardımlara daha çox ehtiyac var. 
 
Türkiyədə baş verən zəlzələ ilə bağlı ölkə daxilində 7 günlük matəm elan olunub. 3 ay müddətində isə fövqəlada vəziyyət elan olunmsı gözlənilir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Zelenski sabah Türkiyəyə səfər edəcək
Siyasət 12:39
Zelenski sabah Türkiyəyə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol