Mirzoyan və ABŞ Dövlət Departamentinin nümayəndəsi regiondakı vəziyyəti müzakirə ediblər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid cümə günü telefonla regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Həmsöhbətçilər regional təhlükəsizlik məsələlərinə toxunublar. Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair fikir mübadiləsi aparılıb", - Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
Açıqlamada qeyd olunur ki, həmsöhbətlər Dağlıq Qarabağdakı humanitar böhranı da müzakirə ediblər. Mirzoyan Azərbaycanın 9 noyabr 2020-ci il tarixli bəyanatının bəndinə uyğun olaraq Laçın dəhlizinin blokunun ilkin şərt olmadan açılması və nəqliyyat arteriyasının fəaliyyətinin bərpası tələbini təsdiqləyib.
www.anews.az

2022-ci il dekabrın 12-də bir qrup azərbaycanlı ekoloq Ermənistandan Dağlıq Qarabağa gedən yeganə yolun keçdiyi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Laçın dəhlizinin qarşısında aksiya keçirir. Bakı bəyan edib ki, etiraz aksiyasının məqsədi heç bir yolu bağlamaq deyil və mülki nəqliyyat vasitələri hər iki istiqamətdə sərbəst hərəkət edə bilər. İrəvan bunu tanınmamış respublikada humanitar fəlakət yaratmağa yönəlmiş təxribat kimi qiymətləndirib.
2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağ ətrafındakı münaqişə zonasında hərbi əməliyyatların tam dayandırılması haqqında birgə bəyanat imzalayıblar.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər