• $
  • £

Azercell-dən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinə dəstək

Azercell-dən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinə dəstək
14.02.2023 10:14
Lider mobil operator Türkiyəyə ezam olunmuş FHN əməkdaşlarının balansını təmənnasız şəkildə artırıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və  axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Türkiyəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri fəaliyyətlərini fasiləsiz şəkildə davam etdirirlər.  
Azercell, öz növbəsində, bu ağır zamanda qardaş ölkəyə dəstək olan xilasedicilərin yanındadır. Lider mobil operator bu çətin missiyanın öhdəsindən layiqincə gələn xilasedicilərə öz təşəkkürünü bildirərək  onları kəsintisiz rabitə əlaqəsi ilə təmin edib.  Azercell Türkiyəyə ezam edilən fakturalı və  fakturasız xətt abunəçilərinin balansını təmənnasız şəkildə artırıb.
 
Qeyd edək ki, siyahı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilib və abunəçilərə vəsait artımı barədə SMS göndərilib. 

Xatırladaq ki, bir neçə gün öncə Azercell Türkiyənin təbii fəlakət bölgələrində olan bütün abunəçilərinin rouminq balansını təmənnasız şəkildə artırıb.

"Azercell Telekom” MMC  Türkiyədə böyük fəlakət nəticəsində həlak olanların yaxınlarına, bütün türk xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyir. 
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
İqtisadiyyat 13:55
"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
İqtisadiyyat 12:35
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 14:20
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
İqtisadiyyat 13:38
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol