Azərbaycanın Türkiyəyə göndərdiyi yardımların həcmi açıqlanıb
Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələ bölgəsinə Azərbaycan tərəfindən 1541 ton humanitar yardım göndərilib. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün keçirdiyi mətbuat konfrasında deyib.
Gülnar Nazimqızı
www.anews.az
O bildirib ki, bir həftə ərzində 5624 çadır (hər biri 30 nəfər üçün nəzərdə tutulub), 25 minə yaxın ədyal, 1200-dən çox generator, 737 ton qida, 2 səhra xəstəxanası Azərbaycan tərəfindən göndərilib
"Azərbaycan ilk gündən Türkiyənin yanında olub. Ərdoğan yardım dəstəyi istəmədən qabaq Azərbaycan prezidentinin tapşırığı ilə bu yardımların göndərilməsinə başlanılıb.İlk gündən mənimlə əlaqə saxlayıb dəstək olan Mehriban Əliyeva, Sahibə Qafarovaya, Mikayıl Cabbarova, Kəmaləddin Heydərova bir sözlə Türkiyəyə yardım göndərən hər bir sıravi vətəndaşdan tutmuş hər kəsə göstərdikləri dəstək üçün təşəkkür edirəm", -səfir söyləyib.
Səfirin sözlərinə görə hazırda qışlıq çadırlara, generatorlara, ədyallara ehtiyac var.
Səfirin sözlərinə görə hazırda qışlıq çadırlara, generatorlara, ədyallara ehtiyac var.
Türkiyə prezidenti Ərdoğan bununla bağlı ölkədə 3 ay fövqəladə vəziyyət elan edib. Təbii fəalkət qurbanları üçün 7 günlük matəm elan olunub.
Baş verən hadisə ilə bağlı Türkiyə dünyanın 95 ölkəsindən yardım təkliflərini qəbul edib. BMT-nin baş katibi də bu faciəsini "əsrin fəlakəti"ndən biri kimi adlandırıb.
Dağıdıcı zəlzələ qonşu ölkələrdə, o cümlədən Suriya, Livan, KKTC, Yunan Kipr və İraqda da hiss olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox