Moldova hava məkanını bağlayıb
Moldova Respublikası hava məkanını bağlayıb. Bu barədə UNİA-na Moldova Liber xəbər agentliyi məlumat verib.
Bağlanmaya səbəb isə Moldova ərazisinə uçan pilotsuz təyyarə olub.
Bildirilir ki, Ukrayna ilə qonşu olan ölkənin ərazisi üzərində uçuşlar saat 16:00-a qədər mümkün olmayacaq.
Fevralın 9-da Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna kəşfiyyatı tərəfindən ələ keçirilən Rusiyanın ölkədə dövlət çevrilişi təşkil etmək planlarını əvvəllər Moldova hakimiyyətinə təhvil verdiyini bildirib. Kişinyovda bu sözlər öz təsdiqini tapıb.
Ertəsi gün Moldova hökuməti istefa verib.
Daha sonra Moldova prezidenti Maia Sandu Rusiyanın ölkədə çevriliş etmək planlarını açıqlayıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox