Azərbaycanda seysmik rayonların xəritəsi hazırlanır - AMEA
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) çərşənbə günü keçirilən iclasında respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması barəsində qərar qəbul edib. Bu barədə AMEA-nın rəsmi saytında məlumat yerləşdirilib.
"Kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması, mərkəzin maddi-texniki bazasının və proqram təminatının yenilənməsi və s. haqqında qərarlar qəbul edilib" , açıqlamada bildirilib.
Bundan başqa AMEA-nın sədri yığıncaqların vaxtını dəyişərək aprel ayından martın 16-na keçirilməsi barəsində qərar qəbul edib.
Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, qonşu ölkədə baş verən zəlzələ Azərbaycanda zəlzələ ocaqlarını oyada bilməz və yaxın zələzədə ölkədə güclü zəlzənin baş vermə ehtimalı yoxdur.
Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ nəticəsində son məlumatlara görə ölənlərin sayı 35 mini, yaralıların sayı isə 105 mini keçib. BMT zəlzələni "əsrin fəlakəti" adlanıdırıb.
Türkiyədə əvvəlki ən dağıdıcı zəlzələ 1939-cu ildə Ərzincan şəhəri yaxınlığında baş vermiş, 33 minə yaxın insan fəlakətin qurbanı olmuşdu.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər