3 ölkə Cənubi Qafqazda sülhü bərpa edə bilər - Çavuşoğlu
Azərbaycan,Ermənistan və Türkiyə qətiyyətli addımlar atsa Cənubi Qafqazda sülh və sabitlik bərpa olunacaq, bunu Türkiyənin xarici işlər naziri Çavuşoğlu çərşənbə günü Ankarada Ermənistanın xarici işlər naziri Mirzoyanla birgə keçirdiyi mətbuat konfrasında deyib.
O bildirib ki, bu həm də iqtisadi tərəqqi üçün vacib addımdır.
Fevralın 14-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mətbuata açıqlama verərək söyləyib ki, İrəvan hazırda Bakı ilə sülh sazişi layihəsinin yeni varinatını hazırlayır və tezliklə yeni mətn Azərbaycana təhvil veriləcək.
Bundan əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmisi Ayxan Hacızadə açıqlayıb ki, İrəvan "özünü konstruktiv tərəf kimi təqdim edərək beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Bakı danışıqların sürətlə aparılmasının tərəfdarıdır və hər zaman onlara hazırdır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan sonra Rusiya Federasiyasının Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sülh müqaviləsi layihəsi üzrə danışıqları təşkil etməyə hazır olduğunu söyləyib.
Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin əvvəlki görüşü 2022-ci ilin oktyabrında Astanada baş tutub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər