Prezident sərəncam imzaladı
Sərəncama əsasən 6,7 milyon manat pul ayrılıb.
Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, iyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədilə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,7 milyon (altı milyon yeddi yüz min) manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə maliyyələşmənin təmin edilməsi, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
ANN.Az
Son xəbərlər
Daha çox