Vardanyan Qarabağa qayıdıb - Nə dəyişə bilər....
Erməni əsilli Rusiya vətəndaşı, milyarder Ruben Vardanyan Qarabağa qayıdıb. Bu barədə "Caliber" saytı məlumat yayıb.
Fevralın 7-də sayt Vardaryanın Moskvaya getməsi ilə bağlı xəbər paylaşıb.
Bir gün sonra isə Ermənistanın "Hraparak" nəşri bildirib ki, Separatçı "Dağlıq Qarabağ respublikası”nın "dövlət naziri” erməniəsilli rusiyalı biznesmen Ruben Vardaryanın Moskvadan qayıtdıqdan sonra könüllü istefa verməsi gözlənilir.

2022-ci ilin sentyabrın 1-də erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Qarabağa köçdüyünü və Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb. "Qondarma Dağlıq Qarabağ Respublikası"nın prezidenti Arayik Arutyunyan Ruben Vardanyanı 2022- ci il noyabrın 4- də dövlət naziri təyin edib.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin deyir ki, Ruben Vardaniyanın Qarabağdan getməsi "Vardanyan layihəsinin" müəyyən mənada uğursuzluğa düçar olması demək idi. Onun bir neçə gün sonra geri qayıtması isə hələ də Vardanyan planının qüvvədə olması anlamına gəlir.
"Vardaniyanın qayıtmağı onu göstərir ki, Ermənistanda qiyama və yaxud müharibəyə hazırlıq prosesi gedir. Saxta "dövlət naziri" birinci növbədə Ermənistan hakimiyyəti üçün təhlükəlidir. Onun geri çağırılması məsələsi Sahibə Qafarovanın rus spikeri ilə görüşündən sonra baş verdi. Azərbaycanla Rusiya arasında baş verən diplomatik və siyasi proseslərin nəticəsində Rusiyanın Azərbaycan tərəfindən müəyyən gözləntilərin olduğu açıq-aşkar bəllidir. Ehtimal var ki, son baş verənlərdən sonra Rusiya Azərbaycanı hərbi yola əl atmasına sövq edir. Azərbaycan və rus spikerləri konkret bu barədə açıqlama verdi ki, Ermənistan müstəqilliyini itirə bilər. Əgər Rusiya Erməsitanda silahlı qüvvələrə əl atacaqsa, bu Paşinyanın devrilməsi anlamına gəlir. Rusiya və Azərbaycan dövlət başçılarının telefon danışığı isə iqtisadi, təhlükəsizliklik məsələlərinə yönəlib", - Əlibəyli söyləyib.
Fevralın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. Volodin görüş çərçivəsində bildirib ki, Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qarabağ münaqişəsinin nizamlanması prosesinə cəlb olunması yeni problemlər yaradacaq.
"Avropa Parlamentinə müraciət etməzdən və bəzi məsələlərin həllinə bu qurumu cəlb etməzdən əvvəl biz cavab verməliyik: ümumiyyətlə, Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həll olundu? Belə bir nümunə yoxdur", - Volodin bildirib.
Fevralın 14-də İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon söhbəti zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çərşənbə axşamı mətbuata açıqlama verərək söyləyib ki, İrəvan hazırda Bakı ilə sülh sazişi layihəsinin yeni varinatını hazırlayır və tezliklə yeni mətn Azərbaycana təhvil veriləcək.
Aytac Zeynalova

www.anews.az
Son xəbərlər
Daha çox