Ermənistan Türkiyə ilə sərhədin açılması barədə razılığa gəlib
Ermənistan və Türkiyə sərhədlərin üçüncü ölkə vətəndaşları üçün açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Bu məsələ ilə bağlı işə yeni təkan vermək üçün razılıq əldə olunub. İki nazir bu razılığa gəliblər və biz Marqara körpüsünün ən qısa zamanda istismara başlaması üçün əlimizdən gələni edəcəyik”, - Türkiyənin xüsusi nümayəndəsi Ermənistan və Türkiyə XİN rəhbərlərinin Ankarada keçirilən görüşünün nəticələrin barədə danışarkən bildirib.
2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından bir ay sonra Prezident Recep Tayyip Erdoğandan 30 ildir bağlı olan sərhədləri açmaq barədə ilk pozitiv mesaj gəlib.
www.anews.az

1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə sonra Türkiyə bu respublikanın müstəqilliyini tanıyan ilk ölkə olub. Ancaq iki ildən sonra Türkiyə Ermənistanla sərhədini bağlayıb. Buna səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi olub.
Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələ səbəbindən Ermənistan 30 il bağlı qalan sərhəddən keçid edərək Türkiyəyə humanitar yardım göndərib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər