Bayramov Kristina Yohannessonla Qarabağı müzakirə edib
Ermənistan sülh prosesinə və sülh sazişi üzrə danışıqlara maneələr yaradır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı üzrə səfiri Kristina Yohannesson arasında görüşdə deyib.
Eyni zamanda, nazir Azərbaycanın sülh gündəliyi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Laçın yolu ətrafındakı hazırkı vəziyyət və bu çərçivədə ölkənin legitim tələbləri və təhlükəsizlik maraqları barədə qarşı tərəfi məlumatlandırıb.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çərşənbə axşamı mətbuata açıqlama verərək söyləyib ki, İrəvan hazırda Bakı ilə sülh sazişi layihəsinin yeni varinatını hazırlayır və tezliklə yeni mətn Azərbaycana təhvil veriləcək.
Bundan əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmisi Ayxan Hacızadə açıqlayıb ki, İrəvan "özünü konstruktiv tərəf kimi təqdim edərək beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Bakı danışıqların sürətlə aparılmasının tərəfdarıdır və hər zaman onlara hazırdır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan sonra Rusiya Federasiyasının Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sülh müqaviləsi layihəsi üzrə danışıqları təşkil etməyə hazır olduğunu söyləyib.
www.anews.az

Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin əvvəlki görüşü 2022-ci ilin oktyabrında Astanada baş tutub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər