• $
  • £

Elazığ Türkiyənin 11-ci fəlakət zonası elan edilib

Elazığ  Türkiyənin 11-ci fəlakət zonası elan edilib
15.02.2023 22:01
Türkiyə hökuməti  daha bir əyaləti - Elazığı zəlzələdən zərər çəkdiyinə  görə fəlakət zonası elan edib. Bu barədə "Habertürk" Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelikə istinadan məlumat verib.

"Prezidentimizin göstərişi ilə Elazığ da zəlzələdən zərər çəkmiş 11-ci vilayət kimi fəlakət zonası sayılacaq. Hər birinə 10 min lirə (530 dollar) ödəməklə zəlzələdən zərərçəkənlərə yardım etməyə başladıq”,- açıqlamada qeyd olunub.

Çelik həmçinin bildirib ki, son məlumatlara görə, ölkədə ölənlərin sayı 35 mini keçib. O, zəlzələni son 100 ildə regionda baş vermiş ən böyük təbii fəlakət adlandırıb.

Partiya sözçüsü bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan Elazığ vilayətinin zəlzələdən zərər çəkmiş bölgələrinə səfər edəcək. Çelik qeyd edib ki, Türkiyənin kömək istəyinə 100-dən çox ölkə cavab verib.

Fevralın 6-da Türkiyədə silsilə zəlzələlər baş verib, zəlzələ qonşu Suriya və İranda əks-səda verib. Sana xəbər agentliyinin məlumatına görə, Suriyada baş verən yeraltı təkanlar nəticəsində 1414 nəfər ölüb, 2357 nəfər yaralanıb.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol