• $
  • £

Ermənistan artıq Azərbaycana sülh sazişi layihəsi göndərib- PAŞİNYAN

Ermənistan artıq Azərbaycana sülh sazişi layihəsi göndərib- PAŞİNYAN
16.02.2023 11:30
Ermənistan Azərbaycanla sülh sazişi layihəsi üzərində işi başa çatdıraraq onu Bakıya, eləcə də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlərə göndərib. Bu barədə cümə axşamı hökumətin iclasında respublikanın baş naziri Nikol Paşinyan bildirib.

"Ermənistan Azərbaycanla sülhün və münasibətlərin qurulmasına dair saziş layihəsi üzərində işi başa çatdırıb və bizim təkliflərimiz Azərbaycan tərəfinə verilib. Biz onları ATƏT-in Minsk Qrupu ölkələrinə də təqdim etmişik", - baş nazir bildirib. 
 
Azərbaycan Xarici İşlər Nazirliyindən məsələyə şərh bildirilmədi.
 
Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı üzrə səfiri Kristina Yohannessonla telefonla danışığında bildirib ki, Ermənistan sülh prosesinə və sülh sazişi üzrə danışıqlara maneələr yaradır. 
 
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Bakı danışıqların sürətlə aparılmasının tərəfdarıdır və hər zaman onlara hazırdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan sonra Rusiya Federasiyasının Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sülh müqaviləsi layihəsi üzrə danışıqları təşkil etməyə hazır olduğunu söyləyib.

Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin əvvəlki görüşü 2022-ci ilin oktyabrında Astanada baş tutub.

Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol