Ermənistanın Türkiyəyə yardımı siyasi motiv daşıyır - Aqil Məmmədov/VİDEO
Ermənistanın Türkiyəyə humanitar yardımı siyası motiv daşıyır. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Məmmədov çıxışı zamanı deyib.
"Ermənistanın niyyəti başqadır. 30 ildir bağlı qalan sərhədin açılmasına həvəsləniblər. Fikrimcə tələsməsinlər. Nə qədər ki, Ermənistan Azərbaycanın suverenliyini tanımayacaq, sərhəd də açıq olmayacaq", - Məmmədov bildirib.
Fevralın 15-də Ermənistan mətbuatı xəbər paylaşaraq yazıb ki, Mirzoyanın Türkiyəyə səfərində Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə Mirzoyan 30 ildir bağlı qalan Marqara körpüsünün ən qısa zamanda açılması barəsində razılığa gəliblər.
2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından bir ay sonra Prezident Recep Tayyip Erdoğandan 30 ildir bağlı olan sərhədləri açmaq barədə ilk pozitiv mesaj gəlib.
1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə sonra Türkiyə bu respublikanın müstəqilliyini tanıyan ilk ölkə olub. Ancaq iki ildən sonra Türkiyə Ermənistanla sərhədini bağlayıb. Buna səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi olub.
Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələ səbəbindən Ermənistan 30 il bağlı qalan sərhəddən keçid edərək Türkiyəyə humanitar yardım göndərib. Türkiyə isə göndərilən yardımların bir qismini qəbul etməkdən imtina edib.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər