Qərbdən "Media haqqında" qanuna təziqlər var - Millət vəkili - VİDEO
Qərbdən Azərbaycanda qəbul olunan "Media haqqında" qanuna təziqlər var. Bunu Milli Məclisin bu gün keçirlən iclasında deputat Sahib Aliyev deyib.
"Avropa Birliyinin Bakıdakı rəhbərliyi bir qrup jurnalisti yığaraq qapalı dinləmələr keçirib."Guya" Azərbaycanda söz azadlığının olmaması barəsində fikir mübadiləsi aparıblar. Məqsəd aydındır. Ermənistana missiya göndərməyin davamına xidmət edən siyasətdir. Təəssüf ki, o jurnalistlərin arasında saç - saqqal ağardanlar da var. Həmin şəxslər görmədilər ki, onlardan istifadə edirlər", - deputat bildirib.
Sahib Aliyev beynəlxalq təşkilatlardan birinin hesabatını açqıalyaraq qeyd edib ki, 2022-ci il jurnalistka fəaliyyəti ilə bağlı 813 insident baş verib. Onun da 400-dən çoxu Avropada baş verən hadisələrdir.
Azərbaycanda "Media haqqında" qanun 30 dekabr 2021-ci ildə qəbul olunub. Qanun 9 fəsil 78 maddədən ibarətdir. Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər öz əksini tapıb.
Qanun qəbul edilməzdən əvvəl layihəyə etiraz olaraq bir qism jurnalist Milli Məclisin qarşısında "İcazəli jurnalistika istəmirik" şüarı ilə aksiya keçirib.
Qanun qəbul edilməzdən əvvəl layihəyə etiraz olaraq bir qism jurnalist Milli Məclisin qarşısında "İcazəli jurnalistika istəmirik" şüarı ilə aksiya keçirib.
2022-ci ilin dekabrında Avropa Şurasının Nazirlər Komitəsinin Strasburqda qəbul etdiyi qətnaməsində Azərbaycan hakimiyyət orqanlarını "Media haqqında” Qanunu tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün tədbirlər görməyə dəvət edib: onları bu işdə Avropa Şurası vasitəsilə təmin edilən təcrübədən tam olaraq yararlanmağa təşviq edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər