• $
  • £

İlham Əliyev - Azərbaycan qaz təchizatını artırmaqla Avropanın enerji təhlükəsizliyinə töhfə verib

İlham Əliyev - Azərbaycan qaz təchizatını artırmaqla Avropanın enerji təhlükəsizliyinə töhfə verib
17.02.2023 16:27
Ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə verib. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirakı zamanı deyib.

Prezident İlham Əliyev bildirib ki, orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir: "2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur".

Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin başçısı vurğulayıb ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək.

Tədbirdə digər çıxış edənlər Azərbaycanın ötən dövrdə, xüsusilə keçən il Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğulayıb, Azərbaycanla bu sahədə əməkdaşlığı yüksək qiymətləndirdilər və onun davamlı olacağına əminliklərini bildiriblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
İqtisadiyyat 13:55
"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
İqtisadiyyat 12:35
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 14:20
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
İqtisadiyyat 13:38
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol