Ermənistanla sərhəddə keçid məntəqələrinin yaradılmalıdır - Əliyev
Azərbaycan Ermənistanla sərhəddə keçid məntəqələrinin yaradılmalıdır. Bunu şənbə günü prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.
"Qeyd etdim ki, Ermənistan və Azərbaycan ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələri qursalar, yaxşı olardı. Biz bu təklifi bu gün rəsmən təqdim etdik. Əvvəllər bu təklif qeyri-rəsmi kanallarla gətirilirdi", - Azərbaycan lideri bildirib.
www.anews.az

Eyni zamanda o, Ermənistanın heç bir mövqe səsləndirmədiyini vurğulayıb.
"Yəqin ki, onların müzakirəsi üçün müəyyən vaxt lazımdır. Amma bizim ilk təəssüratımız ondan ibarətdir ki, həm Avropada, həm də Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, təbii ki, iki ölkə arasında münasibətlərin normallaşması üçün mühüm amildir. Çünki "Söhbət sərhədlərin delimitasiyasından gedirsə, keçid məntəqələri olmadan mümkün deyil. Söhbət kommunikasiyaların açılmasından gedirsə, təbii ki, Zəngəzur dəhlizinin hər iki başında və Laçın rayonu ilə sərhəddə keçid məntəqələri yaradılmalıdır”, - Əliyev vurğulayıb.
Əliyev bildirib ki, Azərbaycan Ermənistan tərəfinin cavabını gözləyəcək.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər